CƏMİYYƏT

Arayış- Ağdamla bağlı xatirələr

Vəliş kişi qonum-qonşuya, qohum-əqrabəyə, dosta-tanışa daim kölgə salmağa çalışırdı. Hər edilən müraciəti cavabsız qoymazdı. Bacardığı qədər əlçatan işlərin arxasınca gedər və hər hansı maraq güdməzdi

Bir gün tələbəsi olmuş Ramazan Vəliş kişiyə  “rayispolkomdan” arayış almaq lazım gəldiyini dedi. Məsələnin tam mahiyyətini öyrənəndən sonra fikirləşib tələbəsinə bir yol tapacağını söylədi.

Bir neçə gün ərzində işə gedərkən fikrində Ramazanın xahişini “vərə-vurd” edib yollar axtarmağa  çalışdı. Vəsorğu sual etdiyi dostlarından biri baş memara müraciət etməyi məsləhət gördü. Samballı adamdı, özü də sizintərəflərdəndir, bəlkə onun üstünə gedəsən.

Vəliş  kişi məsələni təmənnasız həll etməkistədiyindən fikirləşdi ki düz deyir. Bəlkə o bir yol göstərər. Necə olmasa biz tərəfdəndir, dağ adamıdır. Dağ adamlarınə qədər olmasa istiqanlığı ilə seçilir.

Tələbəsiylə vaxt təyin edib, sənədləri götürüb “rayispalkoma” üz tutdu.

Ədəb-ərkannan adını növbə siyahısına  yazdırıb gözlədi.

Az keməmiş,- Vəliş kişi kimdi,- gəlsin, deyə qapıçı dağınıq şəkildə dayananlara müraciət etdi.

Ürəkli şəkildə içəri keçən Vəliş kişi  artıq nədən danışacağını, hansı ssenariylə söhbətə başlayacağını planlaşdırmışdı.

Kabinetə keçəndə qeydiyyatçı qızı, sağda isə rayonun baş memarı Sakif müəllimi gördü. Salamlaşdı. Özünü təqdim edəndən sonra başladı:

- Saqif müəllim, dostlarnan danışdım, açığı dedilər ki, özününküdü,  bacarıqlı, işdüzəldən adamdı, belə xırda məsələdən ötürü birincini heç narahat eləmə. Özünə müraciət elə kömək edəcək. Dedilər Sakif müəllim dağ adamıdır. Təmiz adamdır. Şadam ki, az vaxtda  indi çalışdığınız rayonda belə hörmət – izzət qazanmışsınız...

Gəlişi gözəl sözlərdən istifadə etməklə, məqsədini ifadə etmək üçün sanki bir körpü salmaq istədi  Vəliş kişi.

- Məndə elə Ağdamnanam....

Demişdi ki, ciddi görkəm alan Sakif müəllim dilləndi:

- Ağsaqqal hər birimiz bir planetdə yaşayırıq. Kimin haradan olması vacib deyil.Amma sizə yanlış deyiblər.Mən dağ adamı deyiləm, Pakistandanam.

Vəliş kişi memarın kabinet şəraitində bu məsələyə niyə belə ciddi reaksıya verməsini “göydə tutdu”. Bir balaca tutulsada büruzə vermədi. Sakif müəllimin bu sözünə cavab olaraq dedi:

- Elə vallah məndə demək istəyirdim. Amma ürək eləmirdim. Açığı məndə heç Ağdamnan deyiləm. Sizin qonşuluqdan,Əfqanıstandandan gəlmişəm Azərbaycana. Oralardakı vəziyyəti də görürsünüzdə...

Vəliş kişinin ciddi şəkildə dediyi bu sözdən sonra, otaqdaki qeydiyyatçı xanım gülməkdən özünü çətinliklə saxlamışdı. Elə bircə himə bənd idi ki, bu iki həmyerlinin söhbətinə şaqraq çəkib gülsün.

- Day, həmyerli çıxmışıq də, bu Sizlik deyilsə, onda  heç olmasa düz istiqamət verin, gedim həll edim.

Sakif müəllim səhv etdiyini anlsada üzə vurmadı. Özünü tox tutdu. Vəziyyətdən çıxmaq lazım idi.Arayışı kimdən almaq lazım gəldiyini deməklə yanaşı, özü zənğ edib  üstəlik tapşırdı ki, bax haa həmyerlimdir...

Otaqda gülə-gülə çıxan Vəliş kişi memarla ekspromt alınan dialoqu hələ çox adama danışacaqdı...

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...