QHT və MEDİA
A- A A+

Avstraliyalı siyasi şərhçi ABŞ Dövlət Departamentinin Azərbaycana münasibətdə ikili standartları barədə

2015-12-01 09:25:45

Amerikada çıxan “The Washington Times” qəzetində Yaxın Şərqdə, Avrasiyada və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan avstraliyalı siyasi şərhçi Castin Emlerin “ABŞ Dövlət Departamentinin riyakarlığı” barədə məqaləsi dərc edilib

Materialın müəllifi Vaşinqtonun xarici siyasət idarəsinin ikili standartlarını şərh edir. Məqalədə deyilir ki, Azərbaycanda bu yaxınlarda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb: ölkə parlamentində 125 yerdən 70-ini bu partiyadan olan namizədlər tutublar. Seçkilərdən dərhal sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkilərin nəticələrini kəskin tənqid edib. Ekspertin fikrincə, bu tənqidə səbəb o olub ki, DTİHB nümayəndələri həmin seçkilərdə müşahidəçilər missiyasında iştirak edə bilməyib. Bununla əlaqədar, DTİHB hesab edir ki, bu seçkilərə müsbət qiymət verilməməlidir. Bir ölkədə keçirilən seçkilərə başqa ölkə tərəfindən bu cür etimadsız münasibət digər millətlərin nümayəndələri tərəfindən təkəbbürlülük kimi qəbul edilir.
C.Emler qeyd edir ki, Qərbdə başqa dövlətlərin qarşısında tamam ayrı problemlər durduğuna baxmayaraq, onların Qərb standartlarına uyğun olmamasını asanlıqla pisləyirlər. ABŞ Dövlət Departamenti həmin ölkələrdəki geosiyasi vəziyyət kontekstindən yalnız onu maraqlandıran məsələlərə nəzər salmaqla kifayətlənir. Müəllif Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasından sonra real vəziyyət barədə söhbət açaraq yazır ki, Azərbaycan bu müddətdə çox nailiyyətlər qazanıb. Azərbaycanda infrastrukturun və güclü vətəndaş cəmiyyətinin inkişafı davam edir. Regionda etnoslararası gərginliyə baxmayaraq, Azərbaycan bu bölgədə müxtəlif etnik və dini qruplara münasibətdə ən tolerant ölkə olaraq qalır. Məsələn, Avropa ölkələrinin çoxu ilə müqayisədə Azərbaycan bu gün yəhudilər üçün ən təhlükəsiz ölkədir. Müəllif yazır ki, başqa ölkələr barədə bunu demək olmaz, lakin ABŞ Dövlət Departamenti həmin dövlətləri nədənsə tənqid etmir. Ekspert məqalənin sonunda qeyd edir ki, əsas diqqəti Azərbaycanın hələ nələr etməli olması üzərində cəmləşdirmək lazım deyil, bundansa ölkənin indiyə qədər qazandığı nailiyyətləri qeyd etmək daha yaxşı olar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 939

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

İQTİSADİ

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...