SOSİAL
A- A A+

Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

2020-05-29 15:00:54

.

Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Bunu trend-ə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

İcma rəhbəri qeyd edib ki, işğaldan azad ediləndən sonra Dağlıq Qarabağ və ətraf ərazilərdə dağıdılan şəhərlər, rayonlar, kənd və qəsəbələr ən müasir formada yenidən qurulacaq. "Biz 2016-cı iln aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin qısa zaman ərzində yenidən qurulduğunun şahidi olduq. Yeni evlər, məktəb binası, uşaq bağçası, mədəniyyət sarayı, istirahət parkı, məscid tikildi, yaşıllıq zolaqları salındı. Kənd sakinləri uzun illərdən sonra yeni evlərinə qayıdaraq köçkünlük həyatına son qoydular.

Cocuq Mərcanlı, Şıxarx qəsəbələrinin timsalında Azərbaycan dövləti dünyaya sübut etdi ki, Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunacaq ərazilərimizdə ən qısa zamanda insanların bütün həyat şəraitini təmin edəcək, şəhər, rayon, kənd və qəsəbələr salmağa qadirdir. Köçkünlərlə keçirdiyimiz görüşlərdə bu mövzuda dəfələrlə söhbətlərimiz olub. Elə insanlar var ki, geri qayıdandan sonra tikəcəyi evin layihəsi və mənzilin dizaynına qədər hər şeyi planlaşdırıb. Bu insanlar geri qayıdacaqları günü gözləyirlər ki, uzun illər xəyallarında yaşatdıqları arzuları reallaşdıra bilsinlər”.

T. Gəncəliyev qeyd edib ki, rəsmi Bakı Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışır: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar masası üzərində mərhələli həll variantdır. Ermənistan hakimiyyətinin riyakarlığı üzündən münaqişənin həlli uzun illərdir ki mümkün olmur.

Ermənistan rəhbərliyi həm öz xalqını, həm də münaqişənin tərəfləri arasında vasitəçilik missiyası həyata keçirən qurumları aldadır. Bu isə bəlli bir nöqtəyə qədər davam edə bilər.

Hesab edirəm ki, artıq həm Ermənistan əhalisi, həm də beynəlxalq təşkilatlar bunu başa düşməyə başlayıblar. Ermənistan hakimiyyəti danışıqlarda etibarsız tərəf sayılır”.


Kateqoriya : SOSİAL Baxış sayı : 206

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...