SİYASƏT
A- A A+

“Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında”

2015-12-01 09:15:18

Litva Geosiyasət Araşdırmalar Mərkəzi (GAM) Litva və ingilis dillərində “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında” adlı kitabı nəşr etdirib.

Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, Vilnüs şəhərində kitabın təqdimatı keçirilib. 

Təqdimatla bağlı Litvanın nüfuzlu qəzetində məqalə dərc edilib. 

Kitabda Dağlıq Qarabağ münaqişəsinin köklərinə, beynəlxalq hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulmasına və münaqişənin sülh yolu ilə həlli variantlarına toxunulub.

Məqalədə bildirilir ki, 1994-cü ildə münaqişə tərəfləri olan Azərbaycanla Ermənistan arasında danışıqlar təşkil etmək üçün ATƏT-in Minsk qrupu yaradılıb. Dövlətlər Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan Madrid prinsipləri əsasında razılığa gəlib. Həmçinin qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması da bu prinsiplər sırasında daxil edilib. 

Litva Hərbi Akademiyasının müəllimi Laura Kirvelite danışıqlar prosesinin hələ də nəticəsiz qalmasının səbəblərini belə izah edib: “Ermənistan  Dağlıq Qarabağın əhalisi arasında referendum keçirmək istəyir, hansı ki, orda əhalinin 90%-i ermənidir. Azərbaycan isə Ermənistanın işğal edilmiş ərazilərdən qoşunlarını geri çəkməsini gözləyir”. 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1028

QHT və MEDİA

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...