CƏMİYYƏT
A- A A+

Azərbaycançılıq məfkurəsi

2015-11-30 09:20:14

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Prezident yanında Dövlət İdarəçiliyi Akademiyası (DİA) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycançılıq məfkurəsi: dünəni, bugünü və sabahı” mövzusunda dəyirmi masa keçirilib

Dəyirmi masanı giriş sözü ilə açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanda XIX əsrin sonlarında yaranmağa başlayan azərbaycançılıq ideyasının ölkəmizin yenidən müstəqillik əldə etdikdən sonra ötən əsrin sonlarında Heydər Əliyev tərəfindən yeni məna kəsb etməsi və dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsi barədə fikirlərini diqqətə çatdırıb. Azərbaycançılıq və multikulturalizm sahəsində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını qeyd edən U. Ələkbərov bu sahədə tədqiqatların, müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

“Azərbaycançılıq məfkurəsi və multikulturalizm” mövzusunda məruzə edən DİA-nın fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov milli şüurun, milli təfəkkürün inkişafı ilə bağlı fikirlərini bölüşüb:
 “Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyevin əvəzsiz rolu var. O, azərbaycançılığı bir milli ideologiya kimi qoruyub saxlayıb, onu yeni, müasir dövrə uyğun olaraq inkişaf etdirib. Əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Sonra DİA-nın Tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev “Azərbaycançılıq- milli birlik paradiqması kimi”, DİA-nın Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov “Azərbaycançılıq məfkurəsi - və multikulturalizm”, DİA-nın Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dini və etnik müxtəlifliyin tənzimlənməsi siyasəti”, Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris- elmi-mədəniyyət mərkəzinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əsgər Əhməd “ XIX əsrin II yarısında - XX əsrin əvvəllərində Azərbaycan ictimai fikir tarixində Azərbaycançılıq ideyası”, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Ceyhun Məmmədov “Dövlət din münasibətlərinin tənzimlənməsində Azərbaycançılıq məfkurəsinin rolu” və DİA-nın Elmi Katibi, dosent Sakit Əliyev “Azərbaycançılıq ideyasının fəlsəfi mahiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə multikulturalizmin dövlət siyasəti istiqamətində yeri, multikultural situasiyanın əsas qaynağının etnik və dini müxtəliflik amili olduğundan ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsi barədə danışılıb: 
“Bir sıra Qərb ölkələrinin multikulturalizmin iflasa uğramasını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti kimi qələmə verir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir”. Dəyirmi masanın sonunda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbələri məruzələr ətrafında geniş fikir mübadiləsi aparıblar.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 804

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...