SOSİAL
A- A A+

Postpandemiya dövrünün bir yeniliyi də mövcud resursların daha səmərəli və qənaətlə istifadə edilməsi olacaq

2020-05-25 09:00:55

.

Yeni texnologiyaların istənilən sahəyə tətbiqi həmin sahənin inkişafını, istismarını və idarə edilməsini optimallaşdırır, daha da səmərəli edir. Əgər biz yaxın keçmişə qədər elektron hökumətdən danışır, onu idarəetmədə yenilik hesab edirdiksə, artıq “Smart hökumət”dən danışırıq. Yəni, bütün sahələrdə innovativ texnologiyaların, nanotexnologiyaların tətbiq edildiyi “Ağıllı hökumət” layihələrindən söhbət gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, postpandemiya erasının bir yeniliyi də mövcud resursların daha səmərəli və qənaətlə istifadə edilməsi mərhələsinin başlanğıcı olacaq. Elə mayın 22-də “Signify” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələlər ətrafında geniş müzakirələr aparıldı. Təkcə şəhər işıqlandırılmasında yeni texnologiyaların tətbiqi bu sahədə enerji istehlakını yarıbayarı azalda bilər. Bundan başqa, yeni texnologiyaların tətbiqi kənd təsərrüfatı sektorunda suvarma suyu israfının qarşısını almaqla su resurslarından istifadədə əhəmiyyətli qənaət yarada bilər. Ona görə də videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev xüsusi vurğuladı ki, yeni texnologiyanın tətbiqi çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa qənaət etməyə imkan yaradacaq, bu isə əlavə ixrac imkanları formalaşdıracaq. Təkcə Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edəcək. Bundan başqa, kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması və s. kimi sahələrdə də yeni texnologiyaların tətbiqi mühüm üstünlüklər vəd edir ki, bu da həmin sahələri daha da perspektivli etməklə onların inkişafına gətirib çıxarır. Hələliksə Bakı şəhərində “Ağıllı şəhər” layihəsi çərçivəsində paytaxtımızın nisbətən az işıqlandırılan ərazilərində işlər aparılır və sentyabra qədər bu işlər tamamlanacaq”.

Milli Məclisin deputatı vurğulayıb ki, göründüyü kimi, bu işlər paytaxtımızın enerji təsərrüfatını və təminatını yaxşılaşdırmaqla həm də onun idarə edilməsini optimallaşdıracaq.


Kateqoriya : SOSİAL Baxış sayı : 140

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...