SİYASƏT
A- A A+

Mövlud Çavuşoğlu: Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır

2020-05-25 08:35:34

.

Türkiyə və Azərbaycan ortaq məsələlərdə birlikdə hərəkət edirlər. Saxta “erməni məsələsində” də fəaliyyətimiz ortaqdır. Açıq şəkildə deyirik ki, bir millətin iki diasporu olmaz.

Bu fikri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Alanyada fəaliyyət göstərən “DİM” TV-nin efirində azərbaycanlı jurnalist Elşad Eyvazlının Ermənistanın işğal etdiyi Şuşa şəhərində son təxribatı ilə bağlı sualına cavabında bildirib.

Mövlud Çavuşoğlu ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladaraq bildirib ki, Türkiyə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün böyük səylər göstərir. Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsini təxribat adlandıran nazir diqqətə çatdırıb ki, Türkiyə başda olmaqla heç bir dövlət və beynəlxalq təşkilat sözügedən “seçkiləri” tanımır. Türkiyə tarixin bütün dövrlərində olduğu kimi bundan sonra da Azərbaycanın yanında olacaq.

Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi ilə fikirlərini davam etdirən nazir iki qardaş ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrdən bəhs edərək diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və digər layihələr iki qardaş ölkənin regiondakı gücünü dəfələrlə artırıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 221

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...