SİYASƏT
A- A A+

Azərbaycanlı deputatın məruzəsi AŞPA daimi komitəsinin iclasında qəbul edilib

2015-11-30 09:10:48

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü və qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurasının baş məruzəçisi Sahibə Qafarova bu təşkilatın daimi komitəsinin Sofiyada keçirilən iclasında məruzə ilə çıxış edib

Sahibə Qafarova “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün ən yaxşı təcrübələrin yayılması” adlı məruzəsində Avropa Şurasının qadınlara qarşı zorakılığın və ailədaxili şiddətin önlənməsi və ona qarşı mübarizə üzrə Konvensiyasının (İstanbul Konvensiyası)  qüvvəyə minməsindən sonra bu sahədə ciddi uğurlar əldə olunmasına baxmayaraq mövcud statistik məlumatların hələ də narahatlıq doğurduğunu diqqətə çatdırıb. O bildirib ki, bu gün Avropada hər 3 qadından birinin zorakılığa məruz qalması faktı qarşıda hələ ciddi çağırışlar olduğunu göstərir.

Qeyd edilib ki, qadınlara qarşı zorakılığın önlənməsində parlamentarilərin rolu böyük əhəmiyyət daşıyır və bu sahədə əsas məsələ milli qanunvericiliyin İstanbul Konvensiyasına uyğunluğunu, eləcə də onun doğru formada icra edilməsini təmin etməkdir. Diqqətə çatdırılıb ki, Avropa Şurası müqaviləsində parlamentarilərin və Parlament Assambleyasının bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı rolu dəqiq qeyd edilib. Milli Məclisin deputatı Sahilə Qafarovanın məruzəsi AŞPA-nın daimi komitəsində qəbul olunub.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1333

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...