MÜSAHİBƏ
A- A A+

Zaur Vəlicanov: ”Elə məqamlar var ki, bu, insanın özündən asılıdır”

2015-11-29 09:25:38

Müsahibə

Bu gün bir çox səbəblərdən  xəstəliklərin artması tendensiyası müşahidə olunmaqdadır.  Bu səbəblərə və digər  məqamlara  Bakıda fəaliyyət göstərən NORDİC  Beynəlxalq Sağlamlıq Mərkəzinin həkimi Zaur Vəlicanov aydınlıq gətirir:

-Dünyada texnoloji yeniliklərin, tibb elmiinin  inkişafına baxmayaraq, xəstəliklər artmaqda davam edir.  Necə düşünürsünüz bunun səbəbləri nədir?

-Həqiqətən  dünya təbabətində inkişaf davam etməkdədir, yeni müalicə üsulları tapılır, bu üsullar təkmilləşir. Ancaq xəstəliklər də artır. Bunun səbəbləri çoxdur. İqlim dəşikliyi, ətraf mühitdə baş verən proseslər, düzgün olmayan qidalanma rejimi, azhərəkətlilik, uzunmüddətli oturaq iş rejimi, radiasiya, kimyəvi molekullar, süni qidalar və digər amillər  bu xəstəliklərin artmasına təsir edir.

-Bunun qarşısını almaq  və ümumilikdə bu xəstəliklərdən qaçmaq üçün nə etmək lazımdır?

-Təbii ki, müəyyən qədər  insanların  qida rejiminə, yaşayış tərzinə əməl etməsi,  daha çox təbii qidalara üstünlük verməsi,  gün ərzində  lazımı qədər hərəkətliklik,  süni qidalardan qaçmaq,  xəstələnərkən vaxtında həkimə müraciət etmək  və digər amillər bir çox fəsadların, xəstəliklərin qarşısını alar. Elə məqamlar var ki,  bu insanın özündən  asılıdır. Kompyüterdən, mobil telefonlardan asılılığın aradan qaldırılması şüalanma riskini xeyli azaldar. Bu gün geni dəyişdirilmiş məhsullar dünyada geniş yayılır.  Çinlilər hətta düyünündə süni formasını yaradırlar. Hətta aşbazlar bildirirlər ki, süni düyü ilə təbii yetişən düyünü də bir-birindən ayırmaq çətin məsələdir. Görün, aşbaz bunu edə bilmirsə digər sadə insanlar bunu necə etsin? Bütün bu qidalar  birbaşa sağlamlığa təsir göstərir. Ona görə də sağlam olmaq üçün belə süni qidalardan qaçmaq lazımdır.

-Çalışdığınız  bu,  klinika haqqında  hansı məlumat verə bilərsiniz? 

-NORDİC klinikası dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Azərbaycanda  son dövrlər yaradılıb. Demək olar ki, bütün xəstəliklərin müalicəsi təşkil olunur.  Burada  müxtəlif cərrahi  əməliyyatlar aparmaq üçün imkan var.  Mən bildiyimə görə, NORDİC klinikası özəl klinika olsa da, müharibə və şəhid ailələrinə, aztəminatlı insanlara müxtəlif  güzəştlər  tətbiq olunur. Onu da deyim ki, burada müasir standartlara cavab verən tibb avadanlıqları movcuddur. Bu da xəstənin müalicəsi və mayinəsi üçün önəmli faktordur.

-İnsanlarda  səhiyyə mədəniyyətini qaldırmaq  üçün bu gün  nə etmək lazımdır?

-Bu hər cəmiyyətdə önəmli olan məsələdir. Təhsilin  səviyyəsi kifayət qədər təkmil olmayan cəmiyyətdə səhiyyə mədəniyyətindən danışmağa yer yoxdur. Mən nəzər salıram bizim təhsil sistemimizə təəssüf  ki, bu sahədə problemlər var. Təhsildə olan bu problemlər birbaşa  səhiyyə mədəniyyətinin  aşağı düşməsinə təsir göstərir. Maarifçilik işini,  səhiyyə mədəniyyətinin formalaşmasını təhsildən, orta məktəblərdən başlamaq lazımdır.

-Çıxış yolunu nədə görürsünüz?

 -Fərd olaraq, cəmiyyət olaraq bu  problemin həllinə dəstəyimizi  göstərməliyik. Təhsilin keyfiyyəti qalxmalıdır. Bütün bunlar kompleks məsələdir. İslahatlar real vəziyyətə uyğun olaraq  həyata keçirilməlidir,  genişlənməlidir.

 Fact-info.az  saytı

 

 

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 2263

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...