SOSİAL
A- A A+

Əcnəbi media Paşinyanın biabırçı keçmişini üzə çıxarıb

2020-05-20 09:55:45

.

Macarıstanın ingilisdilli populyar “Daily News Hungary” nəşrində Avropa ictimaiyyətini Ermənistanın indiki baş nazirinin babası, “igid” faşist polisi Nikol Vartanoviş Paşinyanın sərgüzəştləri haqqında məlumatlandıran məqalə dərc edilib (bax: https://dailynewshungary.com/news_to_go/collaboration-of-nikol-pashinyans-grandfather-with-fascists-revealed/).

AZƏRTAC xəbər verir ki, ilk dəqiqələrdən çox böyük baxış sayı toplayan məqalədə Ermənistan hökumətinin başçısının babasının qaranlıq keçmişini ifşa edən arxiv məlumatlarına istinad edilir.

Xatırladaq ki, Ermənistanın baş naziri öz babasının faşist cəza dəstəsində xidmət etməsi faktını təkzib etməyə çalışıb, ancaq bunu o qədər yöndəmsiz, inandırıcı olmayan formada edib ki, erməni bloqerlər özləri şəxsi jurnalist araşdırması aparmağı qərara alıb və kollaborasionisti ifşa ediblər. Ermənistan hökumətinin başçısı həm də ona görə pis vəziyyətə düşüb ki, o, faşistlərin əlaltıları olmuş Njde ləqəbli Qaregin Ter-Artünyanı və Dro ləqəbli Drastamat Kanayanı xüsusi canfəşanlıqla müdafiə edirdi (və hələ də müdafiə edir). Təkcə bu fakt müəyyən şübhələr doğurur. Axı, Böyük Vətən müharibəsinin şanlı veteranının nəvəsi onun doğma babasına qarşı vuruşmuş faşist əlaltıları haqqında yüksək fikirdə olduğunu deyə bilməzdi. Nə isə uyğunsuzluq alınır.

Elədir ki, var! Sən demə, nəvə Nikol Paşinyan faşist tör-töküntülərinin tərifini ona görə göylərə qaldırır ki, onlar onun doğma babasının bilavasitə komandiri olublar. Bu da təsadüfi deyil ki, isterikaya düşmüş nəvə Nikol Paşinyan Azərbaycan xalqının böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin guya onun babasının ağaları ilə əməkdaşlıq etməsi haqqında feyk-xəbərlər yaymağa başlayıb. Lakin tarixçilər tezliklə bu yalanı ifşa edərək göstəriblər ki, Rəsulzadə nəinki öz xalqına qarşı vuruşmayıb, ümumiyyətlə nasistlərlə əməkdaşlıq etməyib, əməkdaşlıq haqqında təklifi rədd edib və bu, onun üçün baş ucalığıdır!

Bütün bunlar artıq MDB ölkələrinin ictimaiyyətinə məlumdur. Və indi dünya ictimaiyyətinin növbəsi yetişib ki, onlar da nasizmin Yerevandakı tərəfdarlarının əsl mahiyyətini bilsinlər.

“Daily News Hungary” nəşrində dərc edilmiş məqalə Avropaya həqiqətin pəncərəsi açacaq. Bu pəncərə birincidir, amma yəqin ki, sonuncu olmayacaq.


Kateqoriya : SOSİAL Baxış sayı : 230

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...