MÜSAHİBƏ
A- A A+

Azay Quliyev: Ermənilər özlərinin də tanımadığı bir qurumun rəhbərinə andiçmə mərasimi keçirməklə nə qədər riyakar olduqlarını göstərirlər

2020-05-20 09:25:41

.

Ermənistan hökuməti mayın 21-də Dağlıq Qarabağda yaratdığı qondarma rejimin qondarma başçısına Şuşada bir mərasim keçirməyi planlaşdırır. Sual olunur, niyə bu məsxərəni məhz Şuşada təşkil edirlər? Ona görə ki, martın 31-də ermənilərin orada təşkil etdikləri seçki oyunu tamamilə fiaskoya uğradı. Lakin ermənilər özlərinin belə tanımadığı bir qurumun rəhbərinin andiçmə mərasimini keçirməklə nə qədər riyakar olduqlarını göstərmiş olurlar.

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Quliyev bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə Ermənistan rəhbərliyi özünü tamamilə ifşa etdi, daxildə və xaricdə rəzil vəziyyətə düşdü:

“Bütün beynəlxalq təşkilatlar - BMT, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, ATƏT PA, AŞ PA, Qoşulmama Hərəkatı, GUAM və s. demək olar ki, bütün beynəlxalq təşkilatlar, dünyanın bütün aparıcı ölkələri istisnasız və birmənalı olaraq Ermənistanın bu qanunsuz hərəkətini qınadı, haqlı olaraq dırnaqarası seçkiləri qeyri-legitim adlandırdılar və işğalın nəticəsinin heç bir halda tanınmayacağını açıq şəkildə bəyan etdilər. Yeri gəlmişkən, onu da deyim ki, postsovet məkanında olan digər qondarma rejimlərin təşkil etdiyi qanunsuz seçkilərə də biz hər zaman bir sıra beynəlxalq təşkilatların etirazının şahidi olmuşuq.

Ancaq Dağlıq Qarabağda bu dəfə keçirilən qanunsuz seçkilərə dünya ictimaiyyətinin göstərdiyi sərt təpki, digər ölkələrdə qondarma rejimlərin seçki şousuna olan etirazlardan daha fərqli, daha güclü və daha mütəşəkkil idi. Bu isə Ermənistanın 30 il apardığı işğalçılıq və etnik təmizləmə siyasətinə, qondarma Dağlıq Qarabağ Respublikasını tanıdılması istiqamətində dünya ermənizminin göstərdiyi bütün səylərə ağır bir zərbə oldu. Hətta özünün forpostu adlandırdığı ölkə belə seçki şousunu açıq şəkildə rədd edərək Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsinin vacibliyini dilə gətirdi. Digər ölkələrdə yaradılmış oyuncaq və qondarma rejimlərdən fərqli olaraq, heç kim bu gün Azərbaycan ərazisində yaradılmış oyuncaq rejimi tanımır. Bax budur, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin əldə etdiyi real nəticə, diplomatik və siyasi uğur. Ona görə də rəzil vəziyyətə düşən Paşinyan özünə təskinlik tapmaq, Münhendə yaşadığı biabırçılığı və seçki fiaskosunu unutdurmaq, ictimai reytinqini reanimasiya etdirmək üçün Şuşada belə bir şou təşkil etmək istəyir".

A.Quliyev vurğulayıb ki, ermənilər özlərinin belə tanımadığı bir qurumun rəhbərinin andiçmə mərasimini keçirməklə özlərini təkcə gülməli vəziyyətə salmırlar, həm də nə qədər riyakar və ikiüzlü olduqlarını bir daha dünyaya göstərmiş olurlar:

"Bu baxımdan da hesab edirəm ki, düşmənin bu təxribatına xüsusi əhəmiyyət vermədən yolumuza davam etməliyik, torpaqlarımızı işğaldan azad etmək üçün daha güclü və daha mütəşəkkil olmalıyıq. Ordumuzu daha da gücləndirməliyik. Ali Baş Komandanın ətrafında daha sıx birləşməliyik. Bəli, Azərbaycan Ordusu dünəndən irimiqyaslı hərbi təlimlərə başlayıb. Hesab edirəm ki, məhz bu məqamda hərbi təlimlərin başlanması düşmənə yaxşı mesajdır. Əminəm ki, düşmənin bütün təxribatlarına ən yaxşı cavabı 2016-cı ilin aprelində olduğu kimi, yenə də ordumuz verəcək, münaqişədə isə son nöqtəni Azərbaycan əsgəri qoyacaq. Buna heç kimin şübhəsi olmasın”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 297

QHT və MEDİA

2020-08-10 10:35:21

QHT və MEDİA
Xarici media ermənilərin Qafqaza köçürü...
Xarici media ermənilərin Qafqaza köçürü...

Özbəkistanin fikr.uz portalında tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın r...

2020-08-10 08:35:29

QHT və MEDİA
İsraildə Azərbaycan Silahlı Qüvvələrinə ...
İsraildə Azərbaycan Silahlı Qüvvələrinə ...

İsrailin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...