SOSİAL
A- A A+

İtaliya KİV-lərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılar dərc olunub

2020-05-14 09:50:09

.

İtaliyanın “La Verita”, “L’Antidiplomatio”, “Sardegnagol”, “CIVG”, “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələri Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin yazılarını dərc edib.

AZƏRTAC xəbər verir ki, yazılarında diplomat həmin kütləvi informasiya vasitələrinin bəzilərində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş və qərəzli məlumatları əks etdirən məqalələrə cavab olaraq münaqişənin tarixi-hüquqi aspektləri, işğal olunmuş ərazilərimizdəki vəziyyət, orada keçirilmiş qondarma "seçkilər"in qeyri-qanuniliyi, onların beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsi, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş sənədlər, münaqişənin nizamlanmasına dair aparılan danışıqlar prosesi və bu xüsusda Azərbaycanın mövqeyi barədə məlumat verib.

Həmçinin İtaliyanın “Babilon magazine” və “Un mondo d’Italiani” onlayn qəzetlərində də italyan jurnalist Domeniko Letizianın “Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı küncə sıxışdırır” və “Dağlıq Qarabağda seçkilər: Azərbaycan Ermənistanı küncə sıxışdırır” başlıqlı məqalələri dərc olunub. Məqalələrində italyan jurnalist Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in qeyri-qanuniliyinə diqqət çəkərək, həmin “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə tənqid edildiyini bildirib. Məqalələrdə jurnalist Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı fikirlərinə münasibətdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlamasına cavab olaraq Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərinə geniş yer ayırıb. Məqalələrdə jurnalist Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən də danışıb, habelə koronavirus epidemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətin iqtisadi çətinliklərdə boğulan Ermənistandan münaqişə ilə bağlı mövqeyini dəyişdirməsini və beynəlxalq təşkilatların sənədlərinə hörmət etməsini tələb etdiyini vurğulayıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 122

QHT və MEDİA

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

2020-05-31 18:25:45

QHT və MEDİA
Şamaxı rayonunun ağsaqqallarından
Şamaxı rayonunun ağsaqqallarından

Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması i...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...