TƏDQİQATLAR
A- A A+

"Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" - elmə sanballı töhfə

2020-05-14 09:20:27

Möhsün NAĞISOYLU AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

Bu il aprel ayının 27-də Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası təqdim olunmuş əsərlərin siyahısını təqdim etdi.

Elm sahəsi üzrə təqdim olunmuş 14 əsərdən biri də Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Nağdəli Tapdıq oğlu Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" dördcildlik külliyatıdır. 2020-ci ilin 25 fevralında Azərbaycan Tibb Universiteti böyük elmi şurası tərəfindən Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına (DMK) təqdim olunmuş bu külliyat 2040 səhifə həcmində olmaqla 4 cilddən, 63 fəsil və yarımfəsildən, Heydər Əliyev dilində səslənən frazeologizmlər lüğətindən ibarətdir.

Təsadüfi deyildir ki, son illər prioritet sahə kimi dil məsələləri diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 23 may 2012-ci il tarixli sərəncamına, Prezidentin AMEA-nın 70 illik yubileyində dilimizlə bağlı parlaq çıxışındakı müddəalara, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizi dünyaya yaymaq missiyasına söykənən bu külliyat müasirliklə səslənməsinə görə seçilir.

N.Zamanov 2009-cu ildən etibarən Ulu öndər Heydər Əliyevin nitqlərinin araşdırılması ilə məşğuldur. 2017-ci ildə AMEA Dilçilik İnstiutunun Elmi şurasında elmlər doktorluğu hazırlığı üzrə "Heydər Əliyev nitqinin arxitektonikası, ekspressivliyi və üslubi-qrammatik xüsusiyyətləri" mövzusu təsdiqlənmişdir. Mövzu AMEA humanitar bölmədə (bölmə rəhbəri akademik Teymur Kərimli), eləcə də filologiya sahəsində koordinasiya şurasında (şuranın sədri akademik Rafael Hüseynov) yekdilliklə öz təsdiqini tapmışdır. Keçən müddət ərzində 50-dən yuxarı məqalə vətən və xarici elmi jurnallarda nəşr olunaraq mövzunu əhatə etmişdir.

Nağdəli müəllim beynəlxalq və respublika miqyaslı elmi konfranslarda bilavasitə çıxış etmiş, Heydər Əliyev irsinin təbliğində aktiv iştirakı ilə seçilmişdir.

Ümumiyyətlə, hər bir fəsil və yarımfəsildən danışarkən bunun ilk dəfə dosent Nağdəli Zamanov tərəfindən araşdırılmasını qeyd etmək lazımdır. O, Heydər Əliyevin nitqləri barədə söylənilən fikirlərə hörmət edərək, yeri gəldikcə istinad edərək kompleks araşdırmanın şəriksiz müəllifi olmuşdur. Əksər fəsillərlə bağlı novatorluq müəllifin özünə aid olub heç bir ədəbiyyatda, nə yerli, nə də xarici ədəbiyyatda rast gəlmir. "Heydər Əliyevin nitqində poetik duyğular", "Heydər Əliyevin nitqində dini üslub", "Heydər Əliyevin nitqində səmimiyyət, qətiyyət, nikbinlik, fəlsəfilik, proqnozlar", "Heydər Əliyevin nitqində müqayisələr", "Heydər Əliyevin nitqində antroponimik sıralanmalar", "Heydər Əliyevin nitqində əsas və köməkçi nitq hissələrinin üslubiyyat yaratması", "Heydər Əliyevin nitqində sinonimlər", "Heydər Əliyevin nitqində frazeologizmlər" kimi fəsil və yarımfəsillər, eləcə də frazeologizmlər lüğəti heç bir siyasi natiqlikdə, nitq mədəniyyəti rəhbərliklərində təsadüf olunmur. Tələbələrin nitq mədəniyyəti fənni üzrə stolüstü dərsliyinə çevrilmiş bu monoqrafiyaların 2013-cü ildə çapdan çıxmış I cildində Heydər Əliyev nitqlərindəki giriş və sonluqları, nitqin ekspressivliyini gücləndirən nitq ünsürlərini (səmimiyyət, qətiyyət, nikbinlik, proqnozlar, fəlsəfi fikirlər, poetik duyğular), üslubları (elmi, publisistik, məişət, dini) tədqiqata cəlb etmişdir. Dosent Zamanov I cildin I fəslini Ulu öndərin Azərbaycan dilinin müdafiəsinə həsr etmişdir. Bu fəsildə müəllif yazır: "Azərbaycan dilinin hakim mövqe tutması yolunda Heydər Əliyev qətiyyəti tam ciddiyyəti ilə işə düşür".

"Heydər Əliyevin nitqlərində girişlər və sonluqlar", "Heydər Əliyevin nitqlərində məntiqi ardıcıllıq" fəsilləri ilə böyük natiqin nitq arxitektonikasını açıqlaya bilmişdir.

Monoqrafiyanın III fəslində dosent Zamanov gərgin iş apararaq çıxışların yaddaqalan olmasını təmin edən giriş və sonluqları ictimai-siyasi dövrlərdən, auditoriyaların növündən, zaman və məkandan və s. asılı olaraq araşdırmağa müvəffəq olmuşdur.

Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq adlı IV fəsildə tədqiqatçı nitqin məntiqi tərəflərinə toxunmuşdur. Müəllifin bu barədə mülahizələri maraqlıdır: "Heydər Əliyev nitqinə daxilən xas olan məntiqi ardıcıllıq müxtəlif üslublarda və müxtəlif çeşidli auditoriyalarda özünü göstərir.

Monoqrafiyanın V fəslində N.Zamanov Heydər Əliyevin nitqində fəlsəfi fikirləri tədqiqata cəlb edərək Ulu öndəri mütəfəkkir-filosof kimi təqdim edə bilmişdir. Heydər Əliyevin nitqində səmimiyyət adlı VI fəslin sonluğunda seçmələr edərək maraqlı bir fəsil ərsəyə gətirməklə səmimiyyətin Heydər Əliyev nitqlərinin nüvəsini təşkil etməsini gündəmə gətirir.

Fotoqalereya

Monoqrafiyanın bir mühüm fəsli də, indiyədək heç yerdə öyrənilməyən "Heydər Əliyevin nitqində poetik duyğular"a həsr olunmuşdur. Poetik duyğularla gərgin ictimai-siyasi situasiyaları doğru məcraya yönəltmək kimi Heydər Əliyev nitq ustalığı öyrənilmişdir.

Elmi terminologiyalarla zənginliyi ilə seçilən, məntiqi təfəkkürə söykənən, ümumiləşdirmələrə və nəticələrə gətirib çıxaran elmi üslub ilk dəfə Nağdəli müəllim tərəfindən Heydər Əliyevin nitqində araşdırılmışdır. Bu üslub Heydər Əliyevin beynəlxalq konfranslardakı, sessiyalardakı çıxışları əsasında öyrənilmiş, digər üslublarla əlaqəyə diqqət yetirilmişdir. Elmi üslubun tələb etdiyi iri, mürəkkəb cümlələr Heydər Əliyev nitqində də özünü bariz şəkildə göstərir. Lakin bu cümlələr sadəcə elmi üslubun tələb etdiyi kimi iri cümlələr yox, digər nitq elementləri ilə - sinonimlərlə, təkrarlarla, frazeoloji birləşmələrlə və ədatlarla qüvvətlənən iri cümlələrdir.

Bu cilddə müəllif eləcə də üslublara ciddi əhəmiyyət verir. Heydər Əliyevin nitqlərinin təküslubluğa sığmadığını, müxtəlif üslubların harmoniyasından ibarət olduğunu göstərə bilmişdir.

Məişət üslublu çıxışları tədqiq edərək Heydər Əliyev dühasının bir çox xarakterlərini xalq üçün, millət üçün açmış olur. Dini üslubla bağlı müəllif yazır: "...Heydər Əliyevin dini üslubdakı çıxışları dövlətçilik elementləri ilə zəngindir. Gənc nəslin dövlətçilik ideyalarını mənimsəməsində, dini inancların dövlətçilik ilə harmoniyasını yaratmaqda bu üslub çox dəyərlidir".

2014-cü ildə işıq üzü görmüş monoqrafiyanın II cildində N.Zamanov tərəfindən Ulu öndərin çıxışlarında əsas və köməkçi nitq hissələrinin, eləcə də frazeoloji birləşmələrin, sinonimlərin üslubiyyat yaratmasını ciddiyyətlə araşdırılmışdır.

N.Zamanovun monoqrafiyasının II cildində II fəsil "Heydər Əliyevin nitqlərində köməkçi nitq hissələri" adlanır. Müəllif II fəslin girişində təsadüfən yazmır: "Heydər Əliyevin nitqlərinin tədqiqi belə bir fikir söyləməyə əsas verir ki, ulu öndərin nitqlərində ekspressivlik qazandırmaq, əlvanlıq yaratmaq baxımından əsas və köməkçi nitq hissələri arasında xüsusi bir sədd yoxdur". Akademik Nizami Cəfərov monoqrafiyanın III cildinə yazdığı ön sözdə bu barədə yazır: "Dosent Zamanov etika və estetikanı siyasi lider nitqində haqlı olaraq ümumfəlsəfi qanunlara tabe olan ayrı-ayrı fənlər səviyyəsində təqdim edə bilib. Etik dəyərləri araşdırarkən müasir etikanın tələblərinə uyğun olaraq monoqrafiyada Heydər Əliyevin nitqində dil etikası, dini etika, təhsil etikası, tibbi etika, ekoloji etika, etika və siyasət, hüquqi etika kimi fəsillərə ayırır.

Maraqlısı odur ki, bütün bu "etikalar"ın sadə, anlaşıqlı bir dildə auditoriyalara çatdırılması müasir Azərbaycan dilinin imkanları hesabına araşdırılır.

İki böyük hissədən ibarət olan monoqrafiyanın "Etika" bölməsində müəllif Aristotelin, Kantın etik kredolarını sadalayır, sonra Heydər Əliyevin insanlığa münasibətdə etik kredosu sayılan ifadələri sıralayır. Elə bu cildi dosent N.Zamanov AMEA Fəlsəfə İnstitutu ilə əlaqədə işləmiş, İnstitutun direktoru İlham Məmmədzadə isə cildin elmi rəyçisi olmuşdur. 2018-ci ilin dekabr ayında AMEA Dilçilik İnstitutunda Tibb Universitetinin əməkdaşlarının da iştirak etdiyi III cildin təqdimat mərasimi tibb və dilçilik sahə alimlərini bir araya gətirdi.

Monoqrafiyasının IV cildində müəllif Ulu öndərin nitqlərində frazeologizmlərin araşdırılmasına diqqət yetirmişdir. Akademik Nizami Cəfərovun ön sözü ilə başlayan bu cilddə frazeologizmlərin araşdırılmasına yeddi fəsil həsr olunmuşdur ki, bu fəsillər novatorluğu ilə nitq mədəniyyətimizin inkişafına mühüm töhfədir. "Heydər Əliyev xarakteri frazeologizmlərdə" fəsli xüsusi bir maraq kəsb edir. Müəllif təsadüfən yazmır ki, görkəmli söz sənətkarlarının xarakteri onların əsərlərindəki frazeologizmlərlə səciyyələnə bilər. Dosent N.Zamanovun təkcə somatik frazeologizmlərlə bağlı iqtibas etdiyi vətən və xarici ədəbiyyatın çoxluğu onun monoqrafiyanın yazılmasına ciddi məsuliyyət hissindən xəbər verir.

Monoqrafiyada diqqət çəkən ən vacib məqam siyasi natiq dilində səslənən frazeologizmlərin lüğətinin tərtibidir. Lüğətdə frazeologizmlərin mənasının aydın olması üçün müəllif onları cümlə şəklində vermişdir. Hər bir frazeologizmin izahı ilə yanaşı, onun siyasi səhnədəki mənası da ayrıca açıqlanmışdır.

Ayrıca qeyd etmək yerinə düşər ki, 2018-ci ildə AMEA Folklor İnstitutunun elmi şurasının qərarı ilə çap olunmuş "Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər" monoqrafiyası və görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın 110 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransında "Mir Cəlalın "Açıq kitab" romanında Azərbaycan dilinin müdafiəsi", Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş "M.P. Vaqif və müasirlik" mövzusunda Respublika elmi-praktik konfransında "Azərbaycan estetik dünyagörüşünün formalaşmasında Molla Pənah Vaqif yaradıcılığının rolu", böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfransda "Nəsimi yaradıcılığında söz" məqalələri Nağdəli müəllimin təkcə dilçilik sahəsinə yox, həm də ədəbiyyatımıza, folklorumuza, fəlsəfəmizə dərindən bələdliyini sübut edir.

Nağdəli müəllimin monoqrafiyalarının III və IV cildləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə çap edilmişdir. Dövlət Mükafatları Komissiyasının nizamnaməsində təqdim olunmuş əsərlərin yayılma dərəcəsinə diqqət yetirilir ki, müəllifin külliyatı elmi ictmaiyyət və geniş oxucu kütləsi arasında geniş yayılmışdır. Belə ki, monoqrafiyalara indiyədək 39 rəy verilmiş, bu rəylər mərkəzi mətbuatda, elmi jurnallarda yer almışdır. Eləcə də, müəllif 10 dekabr 2015-ci ildə AMEA-nın Rəyasət Heyətində "Heydər Əliyev və natiqlik sənəti" mövzusunda məruzə etmişdir. Monoqrafiyalara Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyində (14.06.2013), AMEA-da (04.03.2014), ATU-da (01.12.2015), ATU-da (16.05. 2016), 2 saylı Bakı Baza Tibb Kollecində (13.05.2016), AMEA-da (07.12.2018) təqdimatar keçirilmişdir. Monoqrafiya Təhsil nazirliyi tərəfindən ali məktəblərin birinci kurslarında "Nitq mədəniyyəti" fənninin tədrisi üçün dərs vəsaiti kimi tövsiyə olunmuşdur.

Sonda ümidvar olduğumuzu bildirmək istəyirik ki, Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bu kompleks elmi-tədqiqat işini layiqincə dəyərləndirəcək.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 134

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...