SİYASƏT
A- A A+

Mükəmməl şəxsiyyət və xarizmatik lider

2020-05-09 10:10:05

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır

Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Heydər Əliyev həyat və fəaliyyəti daim araşdırılmalı olan dahi şəxsiyyətlərdəndir. Ulu öndərin irsi bütün zamanlarda dövlət quruculuğu yoluna işıq salan, özündə dərin konseptual məqamları əks etdirən mükəmməl sistemdir. Dünyada geosiyasi proseslərin sürətlənməsi ilə meydana çıxan riskləri aradan qaldırmaq, təhdidlərin öhdəsindən layiqincə gəlmək və müstəqil demokratik dövlət quruculuğunu daha da yüksəkliklərə qaldırmaq üçün mütləq ümummilli liderin irsinə müraciət etmək gərəkdir.

Heydər Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazanmasında, onun təhsil, elm, mədəniyyət sahəsində böyük uğurlar əldə etməsində əvəzsiz xidmətləri olmuşdu. Uzun illər, qərinələr keçəcək, ümummilli lider, dahi şəxsiyyət və dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin yeni-yeni çalarları məlum olacaqdır.

Dahi şəxsiyyətlərin, mütəfəkkirlərin, filosofların, öz xalqlarının tarixində, o cümlədən bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin inkişafında oynadıqları rol zaman keçdikcə öz tarixi qiymətini daha aydın göstərir. XX əsrin ikinci yarısında Azərbaycanın, regionun, SSRİ adlanan böyük bir fövqəldövlətin təhsilinin, sənayesinin, elminin, mədəniyyətinin idarə və inkişaf etdirilməsində böyük şəxsiyyət Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sənayenin, istehsalatın, elmin, təhsilin, mədəniyyətin, bir sözlə, hər bir sahənin əsaslı inkişafına nail olunmuşdu. 1970-ci ildə 1965-ci illə müqayisədə respublikada ümumdaxili məhsul 34 faiz, milli gəlir 33 faiz, sənaye istehsalı 37 faiz, kənd təsərrüfatı 27 faiz, əsaslı vəsait qoyuluşu 43 faiz, əsas istehsal fondları 34 faiz artmışdı. Növbəti illərdə bu inkişaf dinamikası daha da güclənmişdi. Ümumiyyətlə, 1969-cu ilədək Azərbaycanda cəmi 233 iri və orta sənaye müəssisəsi işləyirdisə, 1970-1982-ci illərdə bölgələri də əhatə edən 300-ə yaxın yeni iri və orta sənaye müəssisəsi işə salınmışdı. O, Sovet imperiyası dövründə sərt totalitar rejimin, az da olsa, verdiyi imkanlardan maksimum istifadə edərək, bəzən isə imkanları məhdudlaşdıran qanunlardan məharətlə yan keçərək Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni inkişafı, bütövlükdə onun çiçəklənməsi üçün mümkün olan hər şeyi etmişdir.

XX əsrdə ikinci dəfə müstəqillik qazandıqdan sonra səriştəsizlərin hakimiyyətdə olması ölkə iqtisadiyyatını böhranla üzləşdirdi və ölkəmizin müstəqilliyi təhlükə altına düşdü. 1991–1992–ci illərdə müstəqil Azərbaycanda yaşanan siyasi qeyri–sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə getdikcə daha çox torpaqlarımızın itirilməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi.

1993–cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra ulu öndər cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemini formalaşdırmaqla, əslində mükəmməl dövlət idarəçilik sistemi yaratdı. Azərbaycanın dövlət quruculuğunun təməl prinsipləri hazırlanıb həyata keçirildi. Ulu öndər vurğulayırdı ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir: “Biz öz daxili siyasətimizlə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin”.

Ümummilli lider Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsi, dünya dövlətləri içərisində nüfuz və mövqeyi ilə seçilməsi üçün mühüm işlər gördü, xalqın çoxsaylı problemlərini həll etmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək naminə əməli tədbirlər gördü. Məhz bu işlərin həyata keçirilməsi nəticəsində dövlət quruculuğunda mühüm nailiyyətlər əldə edildi. Dövlətin idarəetmə mexanizmi təkmilləşdirildi, ordu quruculuğu başa çatdırıldı.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ulu öndərimizin: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”—deyərək, dəyərləndirdiyi dövlət rəhbərimiz bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri reallığa çevirmişdir.

Cənab Prezident tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizdə demokratik inkişaf və tərəqqi, sağlam vətəndaş cəmiyyətinin yaradılması, hüquqi dövlətin formalaşması prosesləri dönməz xarakter almış və görülmüş, eləcə də görüləcək bütün nəhənğ və qlobal işlər ancaq bir məqsədə — Azərbaycanın dövlət müstəqilliyinin daha da gücləndirilməsinə xidmət etməklə, ulu öndərin təbirincə desək, onu, sözün əsl mənasında, əbədi və daimi etmişdir. Biz də hər birimiz ulu öndərə məhəbbətimizin əyani təzahürü olaraq möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək onun qarşıya qoyduğu bütün mühüm vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməli və Heydər Əliyevin şah əsəri olan demokratik, müasir və müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə səylə çalışmalıyıq.

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri

Hikmət ŞİKAROV


Kateqoriya : SİYASƏT Baxış sayı : 435

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...