TƏDQİQATLAR
A- A A+

Qlobal çağırışlara qlobal yanaşma

2020-05-08 10:05:07

.

Azərbaycan dövləti sülh və əmin-amanlıq, beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurulmuş və beynəlxalq hüquq normalarına cavab verən çevik, dinamik və adekvat xarici siyasət reallaşdırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti və şəxsi nüfuzu sayəsində bu siyasət davamlı və dayanıqlı şəkildə həyata keçirilməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov bildirib.

Deputat deyib ki, qlobal çağırışlar qarşısında qlobal gücləri birləşdirmək, əməli addımlar atmaq, həmrəylik və qarşılıqlı dəstək kimi önəmli amilləri reallaşdırmaq yalnız qlobal liderlərə xas olur. Koronavirusla mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən siyasət ölkə rəhbərinin məhz qlobal düşüncəyə, bu düşüncəni əməli addımlarla həyata keçirtmək üçün cəsarət və milli təfəkkürə sahib olmasını bir daha sərgilədi.

“Son bir ayda keçirilən və mahiyyət etibarilə böyük önəm daşıyan bu beynəlxalq tədbirlər qeyd olunan fikrin aydın təzahürüdür: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirusla mübarizəyə həsr edilmiş fövqəladə Zirvə toplantısı və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVID-19 mübarizədə birlikdəyik” adlı Zirvə toplantısı. Hər iki mötəbər tədbir Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə baş tutdu.

Qoşulmama Hərəkatının Zirvə görüşünün iştirakçıları arasında BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi, Afrika İttifaqının Komissiyasının sədri, müxtəlif regionları təmsil edən ölkə rəhbərlərinin olması, eyni zamanda, BMT Baş katibinin və Avropa İttifaqının ali nümayəndəsinin videomüraciətləri həm qlobal çağırışlara qarşı Azərbaycanın sədrliyi ilə həmrəyliyin sərgiləməsinin, eyni zamanda, Prezident İlham Əliyevin qlobal çətinliklərə qlobal yanaşmasının bariz göstəricisidir”, - deyə deputat vurğulayıb.

R.Məmmədov qeyd edib ki, Azərbaycan vətəndaşlarının sağlamlığını və onların sosial müdafiəsini prioritet istiqamət elan edən ölkə rəhbəri daha genişmiqyaslı təşəbbüslərlə dünya ictimaiyyətinə müraciət etmişdir. Belə ki, Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı bəyanatını xüsusi qeyd etmək lazımdır. Digər mühüm uğur Azərbaycanın təklifi əsasında tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi məqsədilə Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılmasıdır.

Deputat deyib: “Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük beynəlxalq təsisatı sayılan Birləşmiş Millətlər Təşkilatı Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçılarının iştirakı ilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi bir daha onun qlobal çağırışlara qlobal yanaşmasının mövcudluğunu göstərdi”.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 157

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...