QHT və MEDİA
A- A A+

Şura QHT-lərin Ümumrespublika Forumu keçirdi

2015-11-26 18:30:00

26 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hilton Hotelində ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib

Şuranın Mətbuat xidmətindən qhtxeber.az-a daxil olan məlumata görə, toplantıda giriş sözü ilə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun ənənəvi olaraq hər il maliyyə yardımı müsabiqəsi elan etməzdən öncə ictimai dinləmələr təşkil etdiyini bildirib: “Forumun əsas məqsəd Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı ictimai dinləmələr keçirmək, QHT-lərin rəy və təkliflərini öyrənməkdir”. 

Şuranın 2015-ci ildə dəstəklədiyi layihələrə toxunan Azay Quliyev bildirib ki, cari ildə Şuraya ayrılan vəsaitdən olduqca qənaətlə istifadə olunub. "Belə ki, QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda Şura  və Katibliyin saxlanma xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin  dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa, 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1.927.788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb".

Forumda çıxış edən Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016-cı il maliyyə müsabiqəsinin mövzuları, ictimai aktuallıq kəsb edən məsələlər, problemlərin müəyyən edilməsi və onların həlli yolları, təsvir və təqdimetmə qaydaları haqqında ətraflı təqdimatla çıxış edib. F. Qurbanov cari ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabatlılıq məsələlərinə də toxunub: “Katiblik layihələrin icrasına nəzarəti daim təkmilləşdirir və QHT-lərin fəaliyyətinin qanunauyğun qurulması üçün zəruri tədbirlər görür. Təəssüf ki,  əldə olunan müsbət nəticələrə baxmayaraq hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunmaqdadır. Şuranın Katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görmüş və onlar haqqında müxtəlif  qərarlar qəbul etmişdir. Belə  ki,  89 yerli və xarici QHT-dən 135.843 manat vəsait tutulmuşdur. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək”.

 Тoplantıda 40-dan artıq QHT rəhbəri çıxış edib. Ülkər Abdullayeva, Umud Rəhimoğlu, Ələkbər Seyidov, Ceyhun Musaoğlu, Ceyhun Abbasov, Fatimət Ağamirzəyeva, Sahib Məmmədov, Davud Rəhimov, Südabə Məmmədova, Rauf Zeyni, Əkrəm Bəydəmirli, Niyaməddin Orduxanlı, Şəmsəddin Əliyev, Sevil Yusifova, Sevda Tahirli, Dadaş Quliyev, Həsən Şıxəliyev, Eyyub Hüseynov, Radə Abbas, Əzizağa Qənizadə, Mətanət Əsgərqızı və digərləri cinayətkarlığın baş verməsini törədən səbəblərin araşdırılması, insan alveri, yerli təşkilatların xarici QHT-lərlə təcrübə mübadiləsinin təşkili, milli-mənəvi dəyərlərimizin təbliği, sosial çarxların hazırlanması, korrupsiyaya qarşı mübarizə, sərhədyanı rayonlarda maarifçiliyin artırılması, regionlarda məşğulluğun yüksəldilməsi və digər mövzularla bağlı rəy və təkliflərini səsləndirib, ictimai aktuallıq kəsb edən məsələlərlə əlaqədar fikirlərini bildiriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1216

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...