MƏDƏNİ
A- A A+

Xüsusi buraxılış Məhəmməd Hadinin mürəkkəb həyat yoluna işıq salıb

2020-05-07 10:10:10

.

Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbiyyat dərgisi “Ulduz” jurnalının növbəti nömrəsi Azərbaycan romantik poeziyasının yaradıcılarından, döyüşkən nümayəndələrindən, istiqlal və hürriyyət şeirimizin bayraqdarı Məhəmməd Hadinin həyat və irsinə həsr olunub.

Jurnalın xüsusi buraxılışında Məhəmməd Hadinin mürəkkəb, mükəddər həyat yoluna, çoxcəhətli bədii və publisistik yaradıcılığına klassik və çağdaş ədəbiyyatşünasların həsr etdiyi sanballı tədqiqatları əsasında nəzər salınır, ədəbiyyat tariximizin qüdrətli qələm sahibinin irsi dərindən və hərtərəfli araşdırılır və layiqincə dəyərləndirilir. Xalq yazıçısı Anarın “Hadinin sonacan yaşaya bilmədiyi sevinc”, akademik İsa Həbibbəylinin “Bənzərsiz sənətkarlıq nümunəsi”, professor İslam Qəriblinin “Məhəmməd Hadinin əsərləri “Azərbaycan” qəzetində”, filologiya elmləri doktoru Abid Tahirlinin “Hadi poeziyası-istiqlalın ədəbi və əbədi məşəli.(Mühacirlər hürriyyət və həqiqət şairi haqqında)”, Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini dos. dr. Mehdi Gəncəlinin “İstiqlal vulkanı”, eləcə də digər tanınmış tədqiqatçıların Məhəmməd Hadinin həyat və yaradıcılığına həsr olunmuş məqalələri mühüm əhəmiyyət kəsb edir. Xalq şairi Fikrət Qocanın və istedadlı şair Eldar Baxışın Məhəmməd Hadiyə ithaf olunmuş şeir nümunələri təsirli və düşündürücüdür.

Jurnalda görkəmli elm və ədəbiyyat xadimlərindən Hənəfi Zeynallı, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq, Məmməd Cəfər, Seyid Hüseyn, Məmməd Arif, Mir Cəlal, Yaşar Qarayev, Elçin, Əziz Mirəhmədov, Ramiz Rövşən, Rəfiq Zəka, Nəriman Həsənzadə və digər görkəmli qələm sahiblərinin məqalələrindən sitatlar, Hadinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı materiallar, müxtəlif illərdə dövrü mətbuatda Hadiyə həsr olunmuş məqalələrdən seçmələr də böyük maraq doğurur.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 261

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...