SİYASƏT
A- A A+

AŞPA komitəsinin iclasında Sərsəng su anbarı ilə bağlı məruzə qəbul edilib

2015-11-26 09:40:16

AŞPA-nın sosial məsələlər komitəsinin noyabrın 23-də Parisdə keçirilən iclasında Bosniya və Herseqovinadan olan deputat xanım Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi müzakirə olunaraq qəbul edilib

Bu barədə  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.

Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürüb. Bu təklif səsverməyə çıxarılıb və rədd edilib.

Məruzənin qətnamə layihəsinin 1-ci, 4-cü, 5-ci və 6-cı maddələrinə antiazərbaycan qüvvələr tərəfindən irəli sürülmüş düzəlişlərin heç biri qəbul edilməyib. Düzəlişlərin birində bu məruzənin Robert Volterin hazırladığı və noyabrın 4-də siyasi məsələlər komitəsi tərəfindən qəbul olunmuş “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzəsi ilə birləşdirilməsi təklif edilmişdi. Aydın idi ki, onlar bununla nəinki Sərsəng su anbarına dair məruzəni, eyni zamanda, işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən salmaq məqsədi güdürdülər. Lakin bu məkrli niyyət reallaşmadı və həmin cəfəngiyat xarakterli düzəliş də qəbul edilməyib.

 

Sonda Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi bütövlükdə səsverməyə qoyulub, 22 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1165

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...