SİYASƏT
A- A A+

“Diplomatiya könüllüləri” üçün növbəti onlayn görüşlər keçirilib

2020-05-04 09:10:55

.

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş “Könüllülər ili” çərçivəsində və hazırda ölkəmizdə tətbiq olunan karantin dövründə gənclərin zamanlarını səmərəli keçirməsi məqsədilə XİN tərəfindən bu qurumun nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” üçün təşkil olunmuş “Evdə qal mühazirələrdən qalma” adlı onlayn görüşlər bu həftə də davam etdirilib. Növbəti həftə ərzində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Braziliyadakı səfiri Elxan Poluxov, Macarıstandakı səfiri Vilayət Quliyev, İtaliyadakı səfiri Məmməd Əhmədzadənin könüllülərlə videokonfransları baş tutub və səfirlər könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Görüşlərdə Azərbaycanda dövlətimizin başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, səfirlər tərəfindən akkreditə olunduqları ölkə və ya təşkilat ilə Azərbaycan arasındakı münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib. Hazırda koronavirus infeksiyasının dünya ölkələrində sürətlə yayıldığını nəzərə alaraq, pandemiyanın ölkələrin xarici siyasətinə və iqtisadiyyatına mümkün təsirləri görüşlər zamanı müzakirə edilib. Videokonfranslar zamanı COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən görülən sistemli tədbirlərdən geniş bəhs olunub. Azərbaycan hökuməti tərəfindən COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən işlərə dəstək və Azərbaycan gənclərinin evdə qalaraq sahə üzrə maarifləndirilməsinə töhfə olaraq, XİN tərəfindən bundan sonra da “Diplomatiya könüllüləri” üçün müvafiq görüşlərin təşkil edilməsi nəzərdə tutulur.


Kateqoriya : SİYASƏT Baxış sayı : 68

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...