2015-11-26 09:35:31 | İQTİSADİYYAT
Müharibə əlili və şəhid ailələrinə ev verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində inşa olunan fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi işləri uğurla davam etdirilir

Belə ki, nazirlik daha 6 yeni fərdi yaşayış evini Quba rayonunda  bu təbəqədən olan insanlara təqdim edib. Onlardan 5-i Qarabağ müharibəsi əlillərinə, 1-i isə şəhid ailəsinə təqdim olunub. 
Evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 
Bildirilib ki, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) ümumilikdə 62 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Beləliklə, bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda isə həmin insanlar üçün ölkəmizin bölgələrində fərdi yaşayış evlərinin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış evlərinin inşası, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.  
Tədbirlərdə müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının ilbəil gücləndirildiyi, onlara təyin olunan Prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığı, bu təbəqələrdən olanların qanunvericiliklə bir sıra imtiyazlara malik olduqları vurğulanıb. 

Baxış sayı : 1785
Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13 Prezident İlham Əliyevin BMT-dəki çıxışları Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb 2020-09-26 06:40:36 Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28