TƏDQİQATLAR
A- A A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 96-cı kitabı çapdan çıxıb

2020-04-28 09:05:19

.

Vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır.

Trend-in məlumatına görə, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 96-cı kitabında yer alan bu fikri dövlətimizin başçısı 2019-cu il sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılış mərasimində söyləyib.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin avqustundan oktyabr ayınadək olan dövrü əhatə edir.

Çoxcildliyin 96-cı kitabına Prezident İlham Əliyevin Rusiya Federasiyasına və Türkmənistan Respublikasına işgüzar səfərləri zamanı Soçinin Valday şəhərində və Aşqabadda keçirilən toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi çıxışı, bu ölkələrin rəhbərləri ilə görüş və danışıqlarına, hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə, habelə “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarına müsahibəsinə dair materiallar toplanıb.

Kitaba dövlət başçısının “Əsrin müqaviləsi”nin 25 illiyinə və Neftçilər Gününə həsr olunmuş mərasimdə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündə söylədiyi geniş nitqlərinin mətnləri və ölkəmizə gələn türkdilli dövlətlərin rəhbərləri ilə görüş və danışıqları haqqında ətraflı məlumatlar daxil edilib.

Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Çin, Fransa, İsveçrə və digər dövlətlərin, İslam Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Maliyyə Korporasiyasının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi barədə xəbərlər verilib.

Prezident İlham Əliyevin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər cilddə öz əksini tapır.

Oxucu 96-cı kitabda dövlətimizin başçısının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Bədii Gimnastika üzrə 37-ci dünya çempionatının, Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılış mərasimlərində iştirakına dair materiallarla da tanış ola bilər.

Prezidentin Qurban bayramı münasibətilə xalqımıza, Roş-Ha-Şana bayramı ilə əlaqədar Azərbaycanın yəhudi icmasına təbrik məktubları və digər məktublar da yeni nəşrə daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 96-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 245

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...