SİYASƏT
A- A A+

Hikmət Hacıyev: Azərbaycan COVID-19 ilə mübarizədə uğur hekayələrindən biridir

2020-04-26 09:55:11

.

Azərbaycan COVID-19 ilə mübarizədə uğur hekayələrindən biridir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TRT World xəbər telekanlına müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan hökuməti yanvarın ortalarından bəri müəyyən addımlar atır:

"Bu, Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə COVID-19 ilə əlaqəli risklərin qiymətləndirilməsi və təhlili ilə əlaqədardır. Nəticədə deyə bilərik ki, Azərbaycan daha yaxşı vəziyyətdədir. Bu, COVID-19 ilə mübarizədəki uğur hekayələrindən biridir.

Azərbaycan hökuməti tərəfindən görülən işlərə gəlincə, H.Hacıyev qeyd edib ki, COVID-19 böhranı ilə mübarizədə milli koordinasiya son dərəcə vacibdir:

"Buna görə də Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti yanında bütün dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün işçi qrupu yaradılıb. Əlbəttə, karantin tədbirləri də son dərəcə vacibdir. Burada Azərbaycanın misilsiz təcrübəsini bölüşmək istərdim. Yanvarın sonu və fevralın əvvəlindən Azərbaycana gələn bütün azərbaycanlıları və ya xarici vətəndaşları xüsusi karantin zonalarında yerləşdirməyə başladıq. Bunun üçün dörd və beşulduzlu otellər ayrılıb. Fevral ayının ortalarından etibarən müəyyən məhdudiyyətlər tətbiq olunur. Mart ayının əvvəlindən etibarən bütün təhsil müəssisələri bağlanıb və sosial izolyasiya tədbirləri tətbiq edilib, hərəkət məhdudlaşdırılıb. Bütün bu tədbirlər sayəsində Azərbaycanın uğur hekayəsinə səmərəli töhfələr verdik".


Kateqoriya : SİYASƏT Baxış sayı : 250

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...