SİYASƏT
A- A A+

Latviya parlamentinin deputatı: “Xocalı hadisəsi soyqırımıdır”

2015-11-25 09:25:19

“Xocalı hadisəsi soyqırımıdır, bu kimi hadisələrə beynəlxalq məhkəmədə baxılmalıdır, hüquqi qiymət verilməlidir”

Bunu APA-ya Latviya parlamentinin deputatı, Valmera şəhərinin keçmiş meri İnesis Bokis bildirib. İ. Bokis deyib ki, sivil dünyada belə hadisələrin törədilməsi çox pis örnəkdir və belə hadisələrə hüquqi qiymət verilməlidir ki, təkrarlanmasın:
 “Təbii ki, iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək fikrində deyilik. Bununla müəyyənləşdirilmiş vasitəçi ölkələr məşğul olur. Biz istəyirik ki, münaqişənin həlli ədalətli olsun və ərazi bütövlüyünün bərpası ilə yanaşı, törədilmiş cinayətlərə beynəlxalq səviyyədə qiymət verilsin. Əks halda bu, yaxşı nəticələr verməyəcək. Son illər münaqişə ocaqlarına bəzi hallarda ədalətsiz yanaşmalar nəinki onun həllini tezləşdirib, əksinə yüzlərlə, minlərlə insan ölümünə səbəb olub. Biz müharibənin, qırğınların əleyhinə olan sivil dünyanın siyasətçiləriyik və addımlarımızı buna görə atmalyıq”.
 Deputat qeyd edib ki, Xocalı soyqırımı və Azərbaycanın üzləşdiyi təcavüzlə bağlı  məlumatların daha geniş miqyasa yayılmasının təmin etmək lazımdır:
 “Son illərdə Latviyada yaşayan azərbaycanlıların bu sahədə təbliğatı, informasiya axını fəaldır. Məhz bundan irəli gələrək bu ilin fevral ayında Latviya parlamentində biz 52 deputat Xocalı faciəsi ilə bağlı bəyanat imzaladıq. Hesab edirəm ki, bu işi davam etdirmək lazımdır”. 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1027

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...