MƏDƏNİ
A- A A+

Bu kiçik planet hər kəsindir...

2020-04-23 09:35:57

Təranə Vahid

Altıncı hissi oyaq olanlar var. Koronavirusun adını da eşitmədiyim vaxtlarda altıncı hissim mənə nələrisə diktə edirdi. Sanki dünyanın sonuydu, əlim işdən soyumuşdu, sözün düzü, heç hara getmək istəmirdim, öz hücrəmə çəkilib gerçəkliklə romantika arasında var-gəl edirdim.

Sonra olanlar oldu, COVID-19 pandemiyası dünyanın başının üstündən Damokl qılıncı kimi asılanda bəşəriyyət yuxudan ayıldı. İnsanlıq çoxdan unutduğu sadə həqiqəti xatırladı: irqindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlar eynidir və hamımızın sığındığı bu Yer planeti hər kəsindir. İnsanlıq imtahana çəkilirsə, heç kim bu sınaqdan kənarda qalmayacaq.

“Xəritədəki bütün ölkələr qırmızı rəngə boyanıb. Yer üzünün bütün sakinləri bir aydan artıqdır ki, hər gün koronavirus həyəcanı ilə yaşayır, infeksiyaya yeni yoluxanların, onun həyatdan apardığı qurbanların və sağalanların statistikası ilə maraqlanır.

Koronavirus pandemiyası ona yoluxmamaq üçün üzlərə maska taxmağı zəruri etsə də, dünyanın üzündəki maskanı götürdü. Qayğı, ağrı və problemlərdən yorulan insanlara bir anlıq möhlət verdi: ağır yüklərdən azad olmaq, özünü tapmaq və yeni yola başlamaq üçün...”

Yazıçı “Evdə qal” kampaniyasına qoşularaq karantin günlərində xeyli kitablar oxuyub. Əminə Pakrəvanın “Abbas Mirzə və Azərbaycan”, Oşonun “Bizə sevgidən danışın...” kitabları ona dünyaya fərqli pəncərədən baxmağa kömək edib. Fərqlilik isə həmişə maraqlıdır.

Dünyada ən çox oxunan yazıçılarından olan Livan şairi və dramaturqu Cibran Xəlil Cibranın çoxdan arzusunda olduğum “Qırıq qanadlar”, “Peyğəmbər”, “Qum və köpük” kitablarını mütaliə etməsi sıxıntılı günlərdə yazıçının ruhuma su çiləyib.

Karantin günlərində Təranə Vahid yeni hekayələr yazıb, əvvəllər qələmə aldığı bəzi hekayələrə əl gəzdirərək onlara “yaşamaq haqqı” verib. “Qarışqa təqvimi” adlı yeni hekayələr kitabın üzərində redaktə işlərini başa çatdırıb.

“Amma bunlar hamısı deyil, mən həyat üçün, iş yerim, dostlarım, hər gün işə gedərkən yolda, küçədə üzləşdiyim, rastıma çıxan insanlar üçün, gözəl şəhərimiz üçün, ona layla çalan mavi Xəzər üçün darıxdım. Ən çox da doğma Qarabağ, hər yaz çiçək vaxtı bütün cığırları, dolayları ilə gözümün qabağına gələn, ətri ilə burnuma dolan Laçın üçün darıxdım.

İnanıram ki, koronavirus dövrü tezliklə bitəcək, dünyanın nəbzi daha sakit, daha rahat döyünəcək”, - deyə yazıçı fikrini yekunlaşdırıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 232

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...