SOSİAL
A- A A+

Bakıda Prometey hərəkatında Qafqaz mühacirlərinin tarixi haqqında kitab çap olunub

2020-04-20 08:50:18

.

Qafqazın azadlığı və müstəqilliyi uğrunda. Prometey hərəkatı - iştirakçıların, müşahidəçilərin və rəqiblərin gizli sənəd və materiallarında” («За свободу и независимость Кавказа. Прометеевское движение в секретных документах и материалах участников, наблюдателей и противников») adlı sənədlər toplusu Bakıda "JekoPrint” nəşriyyatı tərəfindən çap olunub.

Trend-in məlumatına görə, toplunun tərtibçiləri, eləcə də ön sözün, tərcümələrin və qeydlərin müəllifləri tanınmış gürcüstan tarixçisi Georgi Mamulia və Azərbaycan siyasi mühacirət tarixinin araşdırmaçısı, ictimai xadim və diplomat Ramiz Abutalıbovdur.

Ramiz Abutalıbov Trend-ə bildirib ki, ilk dəfə nəşr olunan 143 məxfi sənəd Azərbaycan, Gürcüstan və Şimali Qafqaz mühacirlərinin 1922-1939-cu illərdəki Prometey hərəkatındakı fəaliyyətini əks etdirir.

Topluda Polşa, Fransa və Gürcüstanın arxivlərindən toplanmış sənədlər və materiallarda tədqiqatçılar üçün Prometey hərəkatınının Qafqazdan olan liderləri və Polşa hökumətindəki kuratorları tərəfindən hədəflərə nail olmaq üçün istifadə etdiyi metod və vasitələrin müqayisəli təhlili verilib.

Topluda Qafqazın mühacir anti-bolşevik təşkilatlarının Polşa dövlətinin başçısı, marşal Jozef Pilsudskinin təşəbbüsü ilə yaradılmış Prometey hərəkatında fəaliyyətinin müxtəlif aspektləri öz əksini tapıb.

Kitabda nəşr olunan sənədlər və materiallar xarakter etibarilə dörd kateqoriyaya bölünür:

1) Qafqaz liderləri və fəallarının Prometey hərəkatının Polşadakı kuratorları ilə yazışmaları

2) Hərəkatda iştirak edən Qafqaz liderləri və fəallarının qarşılıqlı yazışmaları

3) Fransa polisinin və əks-kəşfiyyat orqanlarının Prometey Dərnəyinə daxil olan Qafqaz siyasi təşkilatlarının nümayəndələri və mətbuat orqanları haqqında hesabatları

4) Prometey hərəkatındakı Qafqaz təşkilatlarının Polşa, Fransa,Türkiyə və İrandakı fəaliyyəti haqqında Sovet məxfi xidmətlərinin tərtib etdiyi məlumatlar

Kitabda qeyd olunur ki, Prometey hərəkatında təbliğat işləri və kəşfiyyat əməliyyatları ilə yanaşı olaraq, Qafqaz dövlətlərinin gələcək siyasi elitasının formalaşdırılmasına böyük önəm verilirdi. Eyni zamanda, 1918-1921-ci illərdə buraxılmış faciəvi səhvlərin müəyyənləşdirilməsi və öyrənilməsi istiqamətində ciddi analitik tədqiqatlar aparılırdı.

Məhz bu istiqamətdəki səylər 1934-cü ilin iyulunda Qafqaz Konfederasiya Paktının - Qafqazın bolşevik Rusiyasının işğalından azad edilməsindən sonra vahid Qafqaz dövlətinin yaradılması haqqında bəyannamənin imzalanmasına imkan verdi.

Toplu geniş oxucu kütləsi və tədqiqatçılar üçün nəzərdə tutulub.


Kateqoriya : SOSİAL Baxış sayı : 194

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...