SOSİAL
A- A A+

Anar Məmmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar dövlətin və xalqın maraqlarına xidmət edir

2020-04-18 20:45:37

.

Dünyanı lərzəyə salan koronavirus pandemiyası ilə mübarizədə cənab Prezident İlham Əliyevin atdığı mükəmməl addımlar, müəyyən etdiyi məqsədyönlü qabaqlayıcı tədbirlərin nəticəsidir ki, hazırda ölkəmiz pandemiyanın geniş yayılmasının qarşısının alınması və insan itkilərinin az olması baxımından dünyanın ən inkişaf etmiş dövlətlərinə bir nümunədir. Belə bir həssas məqamda dövlət başçısının sosial sahədə imzaladığı fərmanlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımdır və irəli sürülmüş sosial paketlər əhalinin bütün təbəqələrini əhatə edir.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapmışdı. Bu gün o tədbirlər həm əhalinin sağlamlığına, iş yerlərinin saxlanmasına, həm də sosial təminatının qorunmasına xidmət edir. Eyni zamanda bu tədbirlər planı Prezidentin ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələlərdən hərtərəfli xəbərdar olduğunu və onları daim diqqət mərkəzində saxladığını, həmçinin qarşılaşılan problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdiyini, nəticəsi ilə şəxsən maraqlandığını göstərir.

Belə çətin günlərdə insanların sosial müdafiəsinin gücləndirilməsi üçün pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən vətəndaşların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün də dövlət böyük maliyyə vəsaiti ayırıb. Ümumilikdə isə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

17 aprel 2020-ci il tarixində Prezident İlham Əliyev tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrılıb. Bununla yanaşı ölkə başçısı tərəfindən vətəndaşların sosial rifahına təsir edən digər bir neçə məqamı da yada sala bilərik. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb və bu tədbir 14 min nəfəri əhatə edir, bunun üçün isə 2.6 milyon manat ayrılıb. Eləcə də, kommunal xidmətlərdən istifadəyə görə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb və 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub ki, buna da 40 milyon manat ayrılıb.

Göründüyü kimi, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası dövlət hər addımda öz vətəndaşının yanında olduğunu diqqətə çatdırır. Cənab Prezidentin elan etdiyi yeni islahatlar isə vətəndaşlarda sosial sahələrdə bundan sonra mühüm dəyişikliklərə yol açacağı, vətəndaş məmnunluğunu daha da möhkəmləndirəcəyi əminliyini möhkəmləndirir.

Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha da yaxşılaşması dayanır. Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri də ardıcıl olaraq həyata keçiriləcək, çünki bu Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir.

Milli Məclisin deputatı Anar Məmmədov


Kateqoriya : SOSİAL Baxış sayı : 303

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...