SOSİAL
A- A A+

QHT sədri: “Prezidentin apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır”

2020-04-18 10:10:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir

Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Fact-info.az “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin məktubunu təqdim edir:

- Hörmətli Cənab Prezident İlham Əliyev, koronavirus pandemiyası dünyanı cənginə almaqda davam edir. Artıq "COVID-19" infeksiyasına yoluxanların sayı 2 milyonu ötüb. Sizin birbaşa rəhbərliyiniz altında koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə dövlət tərəfindən ardıcıl tədbirlər görülməkdədir.

Mən deyərdim ki, tərəfinizdən atılan ciddi və təxirəsalınmaz addımlar öz bəhrəsini verməkdədir. Pandemiya ilə bağlı vəziyyət idarəolunan səviyyəyə düşüb və görülən davamlı tədbirlər nəticəsində ölkə əhalisinin sağlamlığı təmin olunmaqdadır.

Cənab Prezident, 2018-ci il prezident seçkilərindən sonra həyata keçirdiniz islahatlar kursu da məhz pandemiya dövründə hökumətin mobil və uğurlu fəaliyyətini bir daha göstərdi. Görülən tədbirləri yüksək qiymətləndirməklə yanaşı, bir məqama da xüsusi diqqəti çəkmək istərdim.

Ölkəmizin çətin dövründə Sizin Ölkə Başçısı kimi və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın vətəni və vətəndaşını sevən qayğıkeş bir insan kimi müraciəti ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilmişdir. Bu müraciətlər ölkə vətəndaşlarının dövlətə və ölkə başçısına inanmaqda haqlı olduqlarını təsdiqləməklə yanaşı, onları məsuliyyətli olmağa səslədi və pandemiya dövründə ölkə əhalisini daha da çıx birləşdirdi.

Tərəfinizdən insanların sağlamlığının qorunması siyasətinin əsas və ilk məqsəd olduğunu bildirməniz və bununla yanaşı dövlət resursların məhz ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəldilməsi də ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilməkdədir. Qeyri–leqal sahədə günəmuzd çalısan şəxslərin pandemiya dövründə işlərini müvəqqəti itirməsi səbəbindən onların işsiz kimi qeydə alınaraq yarımların edilməsi, vaxtı bitmiş ünvanlı sosial yardım alan şəxslər üçün bu yarımın pandemiya dövründə davam etdirilməsi və bu ailələrin sayının artırılması, 65 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi, ödənişli sosial işlərə cəlb olunanların sayının dəfələrlə arıtlaması, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və onlarla bu tip sosial addımlar dövlətin vətəndaşına dəstək olmasının göstəricisidir. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkənin pandemiyadan sonrakı iqtisadi inkişafın nəzərə alınaraq sahibkarlıq subyektlərinə dövlət dəstəyi göstərilməkdədir.

Bu dövlət dəstəyi iqtisadi stabilliyi saxlamaqla bərabər, bu sahədə çalışan ölkə vətəndaşların sosial müdafiəsini də əhatə etməkdədir. Bu baxımdan həm fərdi (mikro) sahibkarlara göstərilən dəstək və həcmin pandemiyanın təsirinə məruz qalan sahələrdə çalışam işçilərin əmək haqların bir hissənin dövlət tərəfindən ödənilməsini qeyd etmək olar. Pandemiya şəraitində tibb, sosial xidmətlər sahəsində çalışan şəxslərin əmək haqqının artırması göstərdi ki, hər bir Azərbaycan vətəndaşı sizin diqqətiniz və himayənizdədir. Bu ağır günlərdə dünya bir daha şahid oldu ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Cənab Prezident, atdığınız bütün addımlar, apardığınız uğurlu siyasət ölkə vətəndaşları, o cümlədən də qeyri – hökumət təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Dövlətimizin qorunması və inkişafı sahəsində gördüyünüz və görəcəyiniz bütün işlərə dəstəyimiz ifadə edir və hər zaman yanınızdayıq. Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun.


Kateqoriya : SOSİAL Baxış sayı : 226

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...