SİYASƏT
A- A A+

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir

2020-04-18 08:50:40

Koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Rusiya və Azərbaycanın Xarici İşlər nazirlikləri başçılarının son iki telefon danışıqlarının mövzusu barədə suala cavabında bəyan edib.

“Həqiqətən, koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir. Sualda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın Xarici İşlər naziri cənab Məmmədyarovla telefon danışıqları xatırlandı. Belə ki, daha əvvəl, aprelin 8-də Lavrovla onun erməni həmkarı cənab Mnatsakanyan arasında telefon danışığı olub. O cümlədən nizamlanma ilə bağlı məsələlər də nəzərdən keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Kaspşik tərəflər ilə müntəzəm əlaqə saxlayırlar. Davam edən məsləhətləşmələr seriyasında koronavirus infeksiyası mövzusu, onun danışıqlar prosesinə təsiri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bəzi məsələləri diqqət mərkəzindədir. Sərhəddə, təmas xəttində vəziyyət müzakirə olunub. Həmsədrlərin ortaq fəaliyyəti barədə məlumatı onların 19 mart tarixli birgə bəyanatından almaq olar. Bəyanat ATƏT-in saytında yerləşdirilib”, - deyə M.Zaxarova bəyan edib.

RF XİN rəsmisi, həmçinin Rusiya və Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə əməkdaşlığını şərh edərək deyib: “Yeni koronavirus infeksiyasına qarşı mübarizədə və onun sosial-iqtisadi fəsadlarının aradan qaldırılması sahəsində ölkələrimizin səylərinin əlaqələndirilməsi məsələləri hazırda hər iki tərəfin gündəliyində duran mühüm mövzudur. Rusiya və Azərbaycan arasında bu sahədə sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub. Mövzu bir neçə dəfə iki ölkənin hökumət başçıları – cənab Mişustin və cənab Əsədov, Xarici İşlər nazirləri – müvafiq olaraq, cənab Lavrov və cənab Məmmədyarov tərəfindən müzakirə edilib. Rusiya və Azərbaycanın sahəvi qurumları da əlaqə saxlayırlar. Virusun laboratoriya şəraitində diaqnostikası məqsədilə cari ilin mart ayının əvvəllərindən Rusiya tərəfindən Azərbaycana 12 min tədqiqat üçün 120 dəst test sistemi verilib. Biz bundan sonra da tərəfdaşlarımıza lazımi köməklik göstərməyə hazırıq. Moskva və Bakı ölkələrimizin vətəndaşlarının öz vətənlərinə qayıtmaları məsələsində sıx əməkdaşlıq edirlər. Biz bu məsələdə göstərilən Azərbaycan tərəfinə köməyə görə minnətdarıq. Bu, birgə səylərdir, bir sözlə, işləyirik”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 166

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...