SOSİAL
A- A A+

Hikmət Şikarov: Zirvə görüşü xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək

2020-04-13 13:20:37

.

Artıq 10 ildən çoxdur ki, Türk Şurası bütün keyfiyyəti, strukturunun mükəmməlliyi ilə fəaliyyət göstərir və gələcəyə böyük vədlər verir. Bu qurum sayəsində türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edə bilər.

Amma yenə də əsas məsələ odur ki, müstəqil türk dövlətlərinin ayrı ayrılıqda inkişafı təmin olunsun və eyni zamanda türk dövlətlərinin qarşılıqlı əlaqələri o qədər geniş olsun ki, mədəniyyətdən başlamış bütün sahələrə qədər strateji əməkdaşlıq təmin edilsin. Yəni, türk dövlətləri hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir birilərini dəstəkləməlidir. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birliyini gücləndirməlidir.

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi virusun yayılmasının qarşısının alınması müstəvisində dost ölkələrin birgə əməkdaşlıq niyyətini ifadə etməklə bərabər, pandemiyadan sonrakı mərhələ üçün də mühüm əhəmiyyətə malikdir. Dünyada koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda videokonfransın keçirilməsinin əsasında virusa qarşı birgə dəstək kimi məqamlar dayanır.

Təbii ki, ölkə başçısının belə bir təşəbbüslə çıxış etməsi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək. Zirvə görüşündəki nitqində Prezident İlham Əliyev Azərbaycanın Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər gördüyünü diqqətə çatdıraraq, Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımalarının mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.

Ölkə başçısı ikinci ən mühüm məsələ kimi koronavirusla mübarizə məqamına da toxundu. Cənab Prezident ölkədə xəstəliyin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, səhiyyə sistemində köklü işlər görüldüyünü diqqətə çatdırdı. Belə bir məqamda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycanın üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər olduqca mühüm əhəmiyyətə malikdir.

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov


Kateqoriya : SOSİAL Baxış sayı : 289

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...