QHT və MEDİA
A- A A+

"Prezident Türk Şurasını əməkdaşlıq modeli kimi təqdim etməyi bacardı"

2020-04-12 17:20:35

.

Türk Şurası dünyada ilk beynəlxalq təşkilat oldu ki, videokonfrans vasitəsilə dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşünü keçirdi. Azərbaycan Prezidenti belə bir görüşü keçirmək təşəbbüsündə olmaq və onu reallaşdırmaqla bir daha dünyaya sübut etdi ki, Azərbaycan qlobal fəlakət şəraitində imkanszlıq üzündən beynəlxalq subyektliyini itirənləri demirik, hətta imkanı ola-ola bu acı mənzərəni tamaşaçı kimi seyr edən ölkələrin çoxundan fərqlənir və göstərdi ki, iqtisdaiyyatı, insan resrursları, elmi, hərbi potensialı və digər göstəriciləri ilə bizdən üstün olanlardan daha böyük dövlətdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti bununla bir daha qlobal çağırışları düzgün dəyərləndirdiyini, ona operativ reaksiya verdiyini, eyni zamanda üzərinə məsuliyyət götürməyi baçaran qlobal miqyaslı örnək lider olduğunu sübut etdi. “Pandemiyanın ilk günlərindən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasına, özünəqapanma yolunu seçməsinə” rəğmən Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü üzv ölkələrin fərqli davranışını və yaranmış reallığa adekvat, məsuliyyətli və xoşməramlı reaksiya verən ilk beynəlxalq təşkilat olduğunu ortaya qoydu.

“Dünya məhz Zirvə görüşünün vasitəsilə onu da gördü ki, xoş günlərdə aralarından su keçmədiyi halda koronavirus təhlükəsi meydana çıxandan xudbinlik göstərən, köməklik bir yana, bəzi hallarda qonşuları üçün göndərilən humanitar yardımı belə mənimsəyənlərlə yanaşı, bir-birinə və bütün dünyaya yardım etməyə hazır olan dövlətlər də var-onlar türk dövlətlərdir. Videokonfransa qoşulan Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanla Türkiyəyə Avropa dövlətlərinə göstərdikləri yardıma görə təşəkkür etdi. Bu, olduqca qürurvericidir. Müraciət etmələrinə baxmayaraq italyanların onların üzləşdiyi faciəyə Avropa Birliyinin seyrçi qalması fonunda milliyətcə yunan olan ÜST-un baş direktorunun avropalılara yardım edənlər arasında örnək dövlətlər kimi Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkür etməsi qəlbimizi qürur hissi ilə doldurur. Fövqəladə Zirvə Görüşü Prezident İlham Əliyevin təbirincə desək, bizi “ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlərin birləşdirdiyini”, “Türk Şurasının dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu” və burada 3 dövlətin -Azərbaycan, Türkiyə, Qazaxıstan daha mühüm rol oynadığını növbəti dəfə təsdiqlədi” – deyə deputat söyləyib.

Bildirib ki, Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdiyinə görə xalqımıza minnətdarlıq etdi və bunun həmrəyliyin, birliyin nümunəsi kimi dəyərləndirdi. Yaxşı olardı ki, “beşinci kolon”un təmsilçiləri, “koronavirus demokratları”nın təsiri altında olanlar bilsinlər ki, ölkəmizdə 60 mindən çox test aparılıb. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb. Bu fakt təbii ki, həm də ona görə açıqlanırdı ki, digər qardaş dövlətlər də Azərbaycanın təcrübəsindən faydalansınlar.

Onun sözlərinə görə, türk dövlətlərinin Fövqəladə Zirvə Görüşündə diqqətçəkən məqamlardan biri də hazırda ölkələr arasında quru və hava yollarının bağlandığı bir şəraitdə yenə də Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşdırılan Bakı-Qars dəmir yolu xəttinin srtateji əhəmiyyəti məsələsidir. Prezidentin də qeyd etdiyi kimi, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən Azərbaycandan keçməklə 180 min tondan artıq, yəni ötən ilin eyni dövründəkindən 40 min ton çox yük daşınıb.

“2009-cu ildə Türk Şurasının Naxçıvanda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi faktına toxunarkən burada əsas məqsədin Türkiyə ilə digər türk dövlətləri arasında birbaşa əlaqənin aradan qaldırılması olduğunu bildirmişdi. İndiki bu ağır dövrdə qabaqcıl texnologiyadan faydalanaraq bu Zirvəni keçirməklə Azərbaycan Prezidenti göstərdi ki, artıq XX əsrin əvvəllərindəki zehniyyət işləmir, süni coğrafi anklavların geosiyasi get-gedə mənfi potensialları azalır. Ümid edirəm ki, türk dövlətlərinin hamısı koronavirus epidemiyası kimi bu geosiyasi virusun da tək Azərbaycan deyil, onların özü üçün təhlükəliliyinin yetərincə fərqində olacaq və bununla bağlı daha sərt, daha prinsipial mövqe ortaya qoyacaqlar” – deyə S.Alıyev vurğulayıb.

Deputatın sözlərinə görə, Fövqəladə Zirvə Görüşündə dövlətimizin başçısı bir tərəfdən Azərbaycanın digər türkdilli dövlətlər arsında oynadığı birləşdirici rolu göz önünə sərdi, digər tərəfdən də qlobal pandemiya şəraitində Türk Şurasına üzv dövlətlərin özlərinə qapanmadığını göstərməyə müvəffəq oldu, eyni zamanda bu təşkilatı bütün dünya üçün örnək sayıla biləcək əməkdaşlıq modeli kimi təqdim etməyi bacardı.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 191

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...