SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: "Ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik"

2020-04-10 20:40:52

.

"Hesab edirəm ki, çıxışlarda səslənən bütün təkliflər katiblik tərəfindən qeydə alınsın və ümumiləşdirilib, bütün ölkələrə razılaşdırma üçün təqdim edilsin. Əminəm ki, bu dəyərli təkliflər nəzərə alınacaqdır. Beləliklə, biz əməkdaşlığımızın növbəti mərhələsini uğurla davam etdirərək və koronavirusla mübarizədə birlik göstərərək bu bəlaya qalib gələcəyik".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə yekun çıxışı zamanı deyib.

Dövlət başçısı deyib: "Əziz qardaşlarımdan soruşmaq istərdim, əlavə hansısa məsələlər, suallar, təkliflər varsa, xahiş edirəm bildirin.

Əgər yoxdursa, onda icazə verin, mən yekun sözümü söyləyim və ondan sonra Bəyannamənin qəbul edilməsi nəzərdə tutulur.

- Hörmətli dostlar.

Bir daha əziz qardaşlarıma bizim təşəbbüsümüzü qəbul etdiklərinə və Zirvə görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu gün çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizi daha da gücləndirəcəkdir. Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması üçün pandemiyadan sonrakı dövrdə iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağımız zəruridir.

Bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir.

Hörmətli həmkarlar, ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik və bu ağır vəziyyətdən az itkilərlə çıxacağıq. İndi isə gündəlikdə Bəyannamənin qəbul edilməsi durur. Bəyannamənin mətni razılaşdırılıb və beləliklə, Bəyannamə qəbul edildi.

Əziz dostlar, bir daha Zirvə görüşündə fəal iştirakınıza görə təşəkkürümü bildirirəm və Zirvə görüşünü bağlı elan edirəm. Sağ olun".


Kateqoriya : SİYASƏT Baxış sayı : 173

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...