TƏDQİQATLAR
A- A A+

Koronavirusdan sonra beynəlxalq əlaqələr necə dəyişəcək?

2020-04-10 12:05:53

.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Kanadanın nüfuzlu “Geopolitical Monitor” nəşri üçün COVİD-19 pandemiyasının bitməsindən sonra dünya düzəninin necə dəyişəcəyi və normal həyata qayıdışa dair məqalə yazıb.

F.Şəfiyevin məqaləsində bildirilir ki, COVID-19 pandemiyası dünyada böhran yaratdığı bir vaxtda çox sayda ekspertlər ölkələrin və digər aktorların davranışlarında dəyişikliklərin olacağını proqnozlaşdırırlar. Bəziləri ölkələr arasında sərhədlərin bağlanması ilə qloballaşma təhlükəsinə dair xəbərdarlıq edir, digərlər ksenofobiya, milliyyətçilik və rasizmin yeni dalğasının baş qaldıracağı ehtimalını irəli sürürlər. Həmçinin qlobal böhran fonunda böyük güclər arasında rəqabətin artacağı yönündə proqnozlar da var. Lakin müəllifin fikrincə, dünyanın beynəlxalq əlaqələr sistemində hər hansı köklü dəyişiklər baş verməyəcək.

Müəllif məqalədə COVİD-19 infeksiyası ilə 1918-1919-cu illərdə yayılmış İspan qripi pandemiyasının müqayisəli təhlilini aparır: “Bu pandemiyadan sonra bir sıra ölkələrin milli səhiyyə sisteminin yenidən qurulmasına baxmayaraq beynəlxalq münasibətlər sistemində əsaslı dəyişiklik müşahidə olunmadı. Dünya BMT-nin sələfi olan Millətlər Liqasının yaranmasına və dağılmasına şahid oldu. 1939-1945-ci illərdə daha bir dünya müharibəsi baş verdi. I Dünya Müharibəsi İspan qripinə nisbətən beynəlxalq münasibətlərdə daha çox dəyişiklik yaratdı”.

Müəllif hesab edir ki, koronavirusdan sonrakı dövrdə bəzi ölkələrdə baş qaldıracaq iqtisadi böhran yeni regional münaqişələrə səbəb ola bilər. Lakin bəşəriyyət bu virus və ya digər yoluxma nəticəsində ərzaq çatışmazlığı ilə qarşılaşmadığı müddətdə dünya ciddi şəkildə dəyişməyəcək.

Fərid Şəfiyev qeyd edir ki, ölkələrin bu pandemiya ilə necə mübarizəsinə dair bir sıra müzakirələr aparılır. Bəzi ekspertlər dünyanın gələcəkdə də bu kimi viruslarla qarşılaşa biləcəyini əsas tutaraq COVİD -19 pandemiyasından sonra hansı nəticələrin çıxarılmalı olduğuna diqqət çəkir. “Görünür, bu böhran xüsusilə virusun ilkin dövrlərində informasiya çatışmazlığı səbəbindən daha da şiddətlənib. Böyük dövlətlər resursların səfərbər olunması və pandemiyanın və iqtisadi böhranın nəticələrinin yüngülləşdirilməsi baxımından daha çox təminatlıdır. Eyni zamanda yüksək səviyyədə səhiyyə sistemi əhalinin daha yaxşı tibbi imkanlardan yararlanması üçün vacibdir”, - deyə müəllif vurğulayır.

F.Şəfiyev hesab edir ki, bu pandemiyadan sonra cəmiyyətlərin “yeni normalar”a keçməsi ilə “normal həyata qayıdış” prosesi başlayacaq. Əksər ölkələrdə siyasi düzən və beynəlxalq əlaqələrin hazırki forması olduğu kimi qalacaq. Eyni zamanda bəzi ölkələr öz səhiyyə sistemlərini və fövqəladə hadisələrə reaksiya imkanlarını daha da təkmilləşdirəcəklər. Təhsil və biznes mühitində onlayn platformalardan istifadə daha da artırılacaq.

Müəllifin fikrincə, BMT, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal böhranlar dövründə daha vacib qurumlara çevrilir. Beynəlxalq səhiyyə orqanları, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının işi, o cümlədən milli səhiyyə sistemləri daha da gücləndirilməlidir.

Məqalədə qeyd olunur ki, COVİD-19 pandemiyası bioloji müharibənin baş verəcəyi ilə bağlı müzakirələrə yol açıb: “Lakin bu ideyalar yeni deyil. Bioloji silahlar I Dünya Müharibəsindən sona qadağan edilib. Bu qadağa 1972 və 1993-cü illərdə bu silahların istehsalı və tədarükünün kriminallaşdırılmasına dair qanunlarla daha da gücləndirilib. COVİD-19-un yayılması onu göstərdi ki, bioloji silah heç bir ölkəyə güzəştə getməz və hətta silahı buraxan ölkəni də yoluxdurar”.

Sonda Fərid Şəfiyev bildirib ki, bütün hallarda dünya gözlənilən iqtisadi böhranın simasında COVİD-19-un təsirlərini hiss edəcək, lakin bəşəriyyət bu problemlə əvvəllər də qarşılaşıb. Dünya liderləri milliyyətçiliyin növbəti dünya müharibəsinə yol aça biləcəyi səviyyəyə çatmasının qarşısını alacağı təqdirdə bu problem idarə oluna bilər.

525.az

Sevinc QARAYEVA


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 153

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...