2020-04-09 20:05:59 | SİYASƏT
ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı

.

ATƏT Parlament Assambleyasının Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və ictimai sağlamlığa təhlükə adlandırdı.

Trend-in məlumatına görə, bu barədə bu gün ATƏT Parlament Assambleyasının yaydığı açıqlamada qeyd olunur.

Mövzunun vacibliyini nəzərə alaraq, ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyevlə əlaqə saxlayaraq qurumun qəbul etdiyi qərarla bağlı ətraflı məlumat verməsini xahiş etdik.

Azay Quliyev məlumatı təsdiq edərək bildirdi ki, son günlər ATƏT PA-nın prezidenti Georgi Tsereteliyə, baş katib Roberto Montella və Büro üzvləri ilə apardığı müzakilərdə martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində təşkil olunan “seçkilər”ə Parlament Assambleyasının münasibət bildirməsini xahiş etmiş və qurumun bu qanunsuz siyasi şouya qəti mövqe bildirməsini və pisləməsini istəyib.

“Uzun müzakirələrdən sonra aprelin 2-də ATƏT PA rəsmi tviter səhifəsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədikləri haqqında fikir bildirmiş və qrupun Dağlıq Qarabağdakı “seçkilər” haqqında verdiyi bəyanatın mətnini paylaşıb. Lakin mən bunu yetərli olmadığını və Parlament Assambleyasının işğal altındalı ərazilərdə keçirilən qanunsuz seçkilərə ayrıca münasibət bildirməsinin vacibliyini qeyd etdim. Hətta məsələyə aprelin 7-də ATƏT PA-nın prezidenti Georgi Tsereteliyə, Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi Komitəsinin sədri Riçard Hadsona və ATƏT PA-nın Baş katibi Roberto Montellaya rəsmi məktub ünvanlayaraq narazılığımı ifadə edərək Ermənistanın Dağlıq Qarabağda təşkil etdiyi bu “seçkilər”in ATƏT PA tərəfindən qeyri-qanuni elan edilməsinin vacibliyini vurğuladım və Assambleyanı müvafiq addımlar atmağa çağırdım.

Məlumat üçün deyim ki, dünən, yəni aprelin 8-də ATƏT Parlament Assambleyası rəhbərliyinin və Büro üzvlərinin video konfransı keçirildi. Biz beynəlxalq gündəmin bir sıra aktual məsələləri, o cümlədən COVID-19 pandemiyası və onun yaratdığı təhlükələrin qarşısının alınması, koronavirus şəraitində ATƏT PA-nın fəaliyyətinin davamlılığının təmin edilməsi imkanları, eləcə də regionda davam edən münaqişələrə dair hazırkı vəziyyəti müzakirə etdik.

Videokonfrans çərçivəsində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 31 mart 2020-ci ildə keçirilən qanunsuz prezident və parlament “seçkilər”i məsələsini bir daha qaldırdım. ATƏT ərazisindəki münaqişə zonalarında öz müqəddəratını təyin etmə hüququ adı ilə qanunsuz separatist fəaliyyətlərin həyata keçirilməsinin Helsinki Yekun Aktı və ATƏT-in norma və prinsipləri ilə tam olaraq ziddiyət təşkil etdiyini ATƏT PA rəhbərliyi və Büro üzvlərinin nəzərinə çatdıraraq qeyd etdim ki, ATƏT Parlament Assambleyası bütün mövcud hallarla bağlı vahid yanaşma sərgiləməlidir.

Bunun nəticəsində ATƏT PA ilk dəfə olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən “seçki”ləri sərt tənqid edərək, onu haqlı olaraq qeyri-qanuni adlandıran və koronavirus pandemiyası fonunda ictimai sağlamlığa təhlükə kimi xarakterizə edən müvafiq bəndləri bugünkü press-relizinə (https://www.oscepa.org/news-a-media/press-releases/2020/osce-parliamentarians-endorse-un-sg-s-global-ceasefire-call-discuss-european-response-to-covid-19-pandemic-and-plan-pa-activities) daxil etdi.

Mən hesab edirəm ki, ATƏT PA-nın rəsmi press-relizində Dağlıq Qarabağdakı qanunsuz seçkilərə ilk və açıq mövqe sərgiləyərək onu qeyri-legitim adlandırması siyasi baxımdan çox mühüm məsələdi və qurumun gələcəkdə qəbul edəcəyi qərarlar üçün yaxşı bazadır.

Bu bir daha onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti heç bir perspektivə malik deyil və beynəlxalq ictimaiyyət təcavüzkar ölkənin bu cür destruktiv fəaliyyətini qətiyyətlə rədd edir.

Bu cür mühüm məsələ ilə bağlı nümayiş etdikləri birmənalı və obyektiv yanaşmaya görə ATƏT PA-dakı həmkarlarıma təşəkkür edirəm”.

Baxış sayı : 380
Vətən müharibəsində şəhidlərimizin sayı açıqlandı 2020-12-03 15:00:46 Ermənilər Gürcüstan sərhədində buraxılış məntəqəsini hansı məqsədlə açır? 2020-12-03 10:20:40 “Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır” 2020-12-03 09:50:31 Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi 2020-12-03 09:30:47 Laçında Ağoğlan məbədinin üzərində erməni dilində 26 saxta "tarixi" lövhə yerləşdirilib 2020-12-03 09:10:46 Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi 2020-12-03 08:00:56 Uğur olsun, igid əsgər! 2020-12-03 07:30:41 Qarabağ - Azərbaycan xalqının milli ruhunun formalaşdığı müqəddəs yerdir 2020-12-02 19:35:20 8 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olundu 2020-12-02 19:25:06 Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək sessiyanın gündəliyi açıqlandı 2020-12-02 15:50:44 General Yücel Karauz: Azərbaycan işğal altındakı torpaqları azad edərək dövlətçilik tarixində şanlı səhifə yazdı 2020-12-02 08:50:59 “Qarabağ – mədəniyyətimizin beşiyi”: Mamayı məscidi 2020-12-02 07:40:43 Azərbaycan bütövdür! 2020-12-02 07:35:02 Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi 2020-12-02 06:45:22 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 2020-12-02 06:45:17 Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28