SİYASƏT
A- A A+

Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi

2020-04-09 08:25:22

.

Azərbaycanın işğal edilmiş ərazilərində seçki keçirmək cəhdləri bir daha siyasi fiaskoya uğradı və işğalçı rejimin özünü ifşasına səbəb oldu. Beynəlxalq hüququn normalarına zidd olan belə bir addımın atılmasının səbəbi işğalçı Ermənistanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri idi, ancaq bu, baş tutmadı. İşğal edilmiş ərazilərimizdə mart ayının 31-də səhnələşdirilən siyasi şou mötəbər beynəlxalq və regional təşkilatlar tərəfindən qınandı və pisləndi. Bu, bir daha Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, Türk Şurası, Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi təşkilatların qəti mövqeyi Ermənistanın işğalçılıq siyasətinin və status- kvonu legitimləşdirmə cəhdlərinin baş tutmayacağını bir daha göstərdi. “Bu sırada regionun və dünyanın aparıcı dövlətlərinin nümayiş etdirdikləri mövqe də olduqca əhəmiyyətlidir və xüsusi qeyd olunmalıdır. Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çexiya, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən qondarma seçkinin və onun nəticələrinin tanınmaması Ermənistanın işğalçılıq siyasətinin əsla qəbul edilməyəcəyi anlamını ifadə edir” , - deyə H. Babaoğlu vurğulayıb. Milli Məclisin deputatı əlavə edib ki, yuxarıda adları çəkilən beynəlxalq və regional təşkilatların, o cümlədən müstəqil dövlətlərin mövqeyi həm də onların beynəlxalq hüquqa və Azərbaycana olan münasibəti kimi qiymətləndirilə bilər. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan, dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlara söykənən strateji əlaqələr qurma bacarığından xəbər verir. Ona görə də işğalçı Ermənistan və qondarma rejim seçki şousu yaratmaqdansa işğal olunmuş ərazilərimizdən çıxmaq barədə düşünsələr daha yaxşı olar. Onsuz da Azərbaycan öz hərbi-siyasi gücü ilə Ermənistanı buna mütləq məcbur edəcək.


Kateqoriya : SİYASƏT Baxış sayı : 159

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...