İQTİSADİ
A- A A+

Sahil Babayev: Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər

2020-04-07 18:15:52

.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) edilən ödənişlərlə bağlı optimallaşdırılmış təkliflər hazırlayıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, burada söhbət daha çox müxtəlif fərdi sahibkarlar üçün DSMF-yə ödəmələrin müəyyən qədər yüngülləşdirilməsindən, diverfikasiyasından gedir:

“Bakı şəhəri üzrə bir əmsalın, regionlar üçün digər əmsalın tətbiqindən söhbət gedir. Bəzi təxirəsalmalar da ola bilər. Amma sosial sığorta haqqı heç kim üçün silinə bilməz. Çünki sosial sığorta haqqının sahibi nə dövlət, nə də işəgötürən deyil. Onun sahibi işçidir ki, o da bu pulu gələcək pensiyası üçün depozit qoyub. Heç kimin hüququ yoxdur ki, sahibkarla anlaşıb kiminsə sosial sığorta haqqını silsin. Bu, onda işçilərin konstutison hüquqlarının, gələcək pensiya təminatının pozulması deməkdir. Biz yalnız müəyyən qədər təxirəsalmalar etməklə güzəştlər edə bilərik. Məsələn, hansısa cərimələr, faizlər hesablanmasın, iki-üç ay ləngimələr olsun”.

Nazir hesab edir ki, bu güzəştlər muzdlu işçilərə görə edilməməlidir:

"Çünki muzdlu işçilərə əməkhaqqının ödənilməsi üçün dövlət tərəfindən dəstək göstəriləcək və onların sosial sığorta ayırmaları da nəzərə alınacaq. Ona görə də onlar üçün sosial sığorta haqları ödənilməlidir. Fərdi sahibkarlara gəldikdə isə, onlar özləri ödəyicidirlər və özlərinin pensiya təminatını qururlar. Biz müəyyən çətinliklərin olmasını nəzərə alaraq, xüsusilə regionlar üçün yüngülləşdirməyə getməyə planlaşdırırıq”.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 151

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...