QHT və MEDİA
A- A A+

İtaliya portalı Azərbaycandan yazır

2015-11-21 12:35:20

İtaliyanın “İl Caffe Geopolitico” portalında “Azərbaycan beynəlxalq səhnədə” sərlövhəli məqalə yerləşdirilib

 Məqalədə Azərbaycanın əlverişli geosiyasi mövqedə yerləşməsi, zəngin enerji ehtiyatlarına malik olması və beynəlxalq arenada önəmli yer tutması vurğulanır. Bu ölkənin qonşu dövlətlərlə münasibətlərini təhlil edən müəllif yazır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qərb ölkələri, eləcə də Rusiya ilə yaxşı əlaqələr qurub.

Məqalədə Azərbaycan ilə Türkiyə arasında əlaqələr barədə də məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, bu iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan, diplomatik əlaqələr quran ilk ölkədir. İki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələr sürətlə inkişaf edir. Cari il martın 17-də Türkiyənin Qars vilayətində Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulmasını xatırladan müəllif bu layihənin önəmli geosiyasi nəticələr verəcəyini və Qafqazda, eləcə də digər bölgələrdə stabilliyə və balansın qorunmasına təsir göstərəcəyini vurğulayıb. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük İyirmiliyin” (G20) Antalya Sammitində iştirakından da bəhs olunur. Vurğulanır ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr dinamik inkişaf edir.

Azərbaycanın İran ilə münasibətlərinin təhlil olunduğu məqalədə qeyd olunur ki, iki ölkəni təkcə iqtisadi əlaqələr deyil, mədəni və dini yaxınlıq da birləşdirir.

Müəllif yazır ki, rəsmi Bakı son illər beynəlxalq əlaqələrini genişləndirərək dünyada önəmli aktora çevrilib. Balanslaşdırılmış siyasət həyata keçirən Azərbaycan həm Avropa ölkələri, həm də Rusiya ilə yaxşı əlaqələr qurub. İqtisadi və siyasi sabitliyin hökm sürdüyü bu ölkə beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın Antalya Sammitində iştirakı bu ölkənin qlobal aləmdə önəmli mövqeyinin tanınması deməkdir. Avropa İttifaqı üçün Azərbaycan qaz təminatının şaxələndirilməsi istiqamətində mühüm rola malikdir.

Müəllif sonda bildirir ki, Azərbaycanın bu önəmli mövqeyini qoruyub saxlaması və daha da gücləndirməsi regional aktorlar və böyük qüvvələrlə münasibətlərdə balansın qorunmasına yardımçı olacaq


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1235

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...