SİYASƏT
A- A A+

Hikmət Hacıyev: Ermənistan XİN rəhbərliyi öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır

2015-11-21 12:25:14

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib

H.Hacıyev bildirib ki, Ermənistanın xarici işlər naziri müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilendə verdikləri bəyanatlarını və ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinin mahiyyətini təhrif edir, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərir. Bu, həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin beynəlxalq sənədləri dərketmə səviyyəsinin dayazlığını göstərən növbəti faktdır.

1975-ci il Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvi şəkildə bir-biri ilə bağlı olduğu, onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi bildirilərək, ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd edilir.

Eləcə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var.

Eləcə də xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.

Həmsədr ölkələrin prezidentlərinin qeyd olunan bəyanatında Helsinki Yekun Aktına uyğun olaraq, münaqişənin həllinə dair prinsiplər bu ardıcıllıqla verilib: güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə. Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi hələ də anlamır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək, Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq, hədə doğuran tərəf də məhz Ermənistandır.

İndi Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edərək ərazilərin işğalı və törədilmiş etnik təmizləmənin nəticələrini “öz müqəddəratını təyinetmə” kimi təqdim etməyə cəhd göstərir. Bu, sadəcə olaraq, Ermənistanın Azərbaycana qarşı işğalını uğursuz formada pərdələmək cəhdindən başqa bir şey deyildir.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirmədən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmalarının müvafiq muxtariyyət statusu əsasında bu hüquqdan istifadə edə bilərlər.

Qeyd olunanlarla bərabər, münaqişənin həllinin hüquqi-siyasi əsasları xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində müəyyən olunub. Qətnamələr Azərbaycanın ərazilərinin işğal edilməsini pisləyib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Eləcə də Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin zəbt edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdiriblər.

Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməklə, zəbt edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

 

Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.


Kateqoriya : SİYASƏT Baxış sayı : 862

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...