QHT və MEDİA
A- A A+

Bolqarıstan KİV-ləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən yazır

2020-04-03 08:25:37

.

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Bolqarıstanın informasiya məkanında da işıqlandırılıb. Bu ölkənin Təhlükəsizlik və İqtisadiyyat üzrə Ali Məktəbinin Qara dəniz və Xəzər dənizi regionunun problemləri mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “31 mart 1918-ci ildə Azərbaycanda nə baş verib? Hadisələr və onların nəticələri..” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə I Dünya müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış geosiyasi vəziyyət fonunda azərbaycanlıların milli hüquqlar uğrunda mübarizəsinə bolşeviklər tərəfindən göstərilən müqavimət qeyd olunaraq Qafqazda özünə dövlət qurmağa çalışan erməni-daşnak qüvvələrinin 1918-ci ildə Bakı və Azərbaycanın regionlarında azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə bəhs edilir. Qırğınların həyata keçirilməsi zamanı mümkün müqavimətin qarşısının alınması üçün Bakı soveti və erməni milli şurası tərəfindən aparılmış hazırlıqlar təsvir edilir, soyqırımı zamanı Bakıda 10-12 min, Şamaxıda 8 mindən çox, Qubada 36 mindən çox, İrəvan quberniyası və ətraf bölgələrdə 131 mindən çox insanın qətlə yetirildiyi, azərbaycanlıların tarixən yaşadıqları və mütləq əksəriyyət təşkil etdikləri Zəngəzur, İrəvan quberniyası və Qars əyalətində ümumilikdə təqribən 418 kəndin yerlə-yeksan olunduğu bildirilir. Məqalə müəllifi qırğınlarda Stepan Şaumyan, Andranik Ozanyan, Qaregin Ter-Arutyunyan Njde və digər ermənilərin qanlı fəaliyyəti barədə ətraflı bəhs edərək qırğınların azərbaycanlıların düşünülmüş və sistemli şəkildə, tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini bildirir. Arxiv sənədlərinə və qırğınların canlı şahidləri olmuş müxtəlif millətlərin nümayəndələrinin ifadələrinə istinad edilərək qətliamın əvvəlcədən planlaşdırıldığı vurğulanır və soyqırımının hansı vəhşiliklə törədildiyi təsvir edilir. Daha sonra XX əsrin sonlarında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin təkrarən törədildiyi qeyd olunaraq 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda Xocalı şəhərinin əhalisinə qarşı Ermənistan tərəfindən həyata keçirilmiş ağır vəhşiliklər xatırladılır.

E.Kəlbizadənin sözügedən məqaləsi Bolqarıstanın “Focus” informasiya agentliyinin internet səhifəsində və “Azad Millət” (“Svoboden narod”) onlayn xəbər portalında da dərc edilib. “Focus” agentliyinin internet səhifəsinin “31 mart günü dünya tarixində” adlı bölməsində də 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə məlumat verilib.

Bundan əlavə, məqalə “KırcaaliHaber” qəzetinin internet buraxılışı və www.bghaber.org portalının internet səhifələrində bolqar və türk dillərində yerləşdirilib. “KırcaaliHaber” qəzetinin internet buraxılışında, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ingilis dilində bəyanatı yayımlanıb.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 172

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...