QHT və MEDİA
A- A A+

Fərasət Qurbanov: QHT-lər ən çətin məqamlarda daima öz Prezidentinin, dövlətinin və soydaşının yanında olub

2020-03-31 08:25:41

.

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən çətin məqamlarda daima öz Prezidentinin, dövlətinin və soydaşının yanında olub. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov facebook hesabında yazıb. Fact-info.az həmin müraciət təqdim edir.

Hörmətli həmkarlar, əziz dostlar!

Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb. Bu kampaniyanın keçirilməsində məqsəd vətəndaşların Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməsi işinə töhfə verməkdir. Geniş ictimaiyyəti, o cümlədən ən həssas məqamlarda daim öndə olan ictimai sektor təmsilçilərinin bu işdə fəal iştirakını təmin etmək üçün Şura tərəfindən QHT nümayəndələrinə bu kampaniyaya qoşulmaq barədə çağırış edilib. Artıq onlarla QHT Şuranın keçirdiyi bu kampaniyaya qoşulub. Bu kampaniyaya qoşulmaq heç də Şuranın 2020-ci il müsabiqə qaliblərinin layihələrinin koronavirusla mübarizəyə yönəldilməsi anlamına gəlməməlidir. Burada məqsəd əhalinin dövlətin müəyyən etdiyi qaydalara əməl etməsinə yaxından cəlb etmək, epidemiyanın geniş yayılmasının qarşısının alınmasına və bu mübarizədə vətəndaş həmrəyliyinin nümayiş edilməsinə töhfə verməkdir.

Bununla yanaşı Şuranın 2020-ci ildə maliyyələşdirdiyi bəzi layihələrin koronovirusla mübarizəyə yönəldilməsi ilə bağlı Şura sədri QHT-lərə müraciət edib. Həmin müraciətdə dəyişdirilməsi təklif olunan mövzular və tərəfdaş qurumlar aydın şəkildə göstərilib. Buna baxmayaraq, bu barədə Şura katibliyi tərəfindən hələlik QHT-lərə rəsmi məlumatın göndərilməsə də artıq 10-dan çox QHT könüllü şəkildə layihənin dəyişdirilməsi barədə Şuraya müraciət edib. Sevindirici haldır ki, bunların içində Şuranın dəyişdirilməsi təklif etmədiyi mövzular üzrə olan layihələr də var. Şura sədrinin bu çağırışına qoşulan QHT-lərə verdikləri dəstəyə və göstərdikləri həmrəyliyə görə təşəkkürümüzü bildiririk.

Əziz dostlar! QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən çətin məqamlarda daima öz Prezidentinin, dövlətinin və soydaşının yanında olub. Bu bizim əsas amalımız və həyat yolumuzdur. Əminliklə bildirirəm ki, ölkəmizin bütün QHT-ləri Şuranın "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulmaqla bu qorxunc epidemiyanın yayılmasının qarşısının alınmasında dövlətimizə və cəmiyyətimizə öz dəstəyini verəcəklər. Cənab Prezidentin dediyi kimi biz birlikdə güclüyük!


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 159

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...