MÜSAHİBƏ
A- A A+

Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir

2020-03-30 08:20:00

.

Ermənilər tarixin heç bir dövründə öz qərarları ilə yaşamayıblar. Türk-müsəlman düşmənçiliyinin əsasını da bizim dövlətlərimizə qarşı olan qüvvələrin təhriki ilə həyata keçiriblər. İndi də həmin qüvvələr ermənilərə imkan vermirlər ki, ortada sülh, dostluq, mehriban qonşuluq bərqərar olsun. Əgər bu toplumda sağlam düşüncə və təmiz niyyət olsaydı bu təhriklərə uymaya da bilərdilər.

Bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib. Ötən əsrin ilk illərindən başlayaraq xalqımıza qarşı genişləndirdikləri düşmənçiliyi 1918-ci ilin mart ayında son həddə gətirən ermənilərin törətdikləri soyqırımı aktlarını insanlıq əleyhinə cinayət kimi dəyərləndirən Sərdar Ünsal deyib: “Əslində 1918-ci ilin mart soyqırımı 1905-1907-ci il qanlı hadisələrinin davamı idi. Yəni ermənilərin Türkiyəyə qarşı iddia etdikləri saxta “erməni soyqırımı” məsələsindən də illər öncə silahsız Azərbaycan xalqına qarşı cinayətlər törədiblər. Lakin tarixdə baş verənlər heç vaxt unudula bilməz. Baxmayaraq ki, 1918-ci il hadisələrini uzun illər Azərbaycan xalqının hafizəsindən silməyə çalışdılar. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə tarixi ədalət öz yerini tapdı. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin törətdikləri cinayətlərin və iftiralarının ifşası baxımından real fəaliyyət konsepsiyasıdır. Bu tarixi sənədin bəndbəbənd icrası təxirəsalınmaz vəzifə olmalıdır”.

1918-ci il 31 Mart soyqırımını erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayət kimi dəyərləndirən dərnək sədri vurğulayıb ki, bu mövzuda həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin geniş mənada izahıdır.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 151

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...