QHT və MEDİA
A- A A+

Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana

2020-03-29 18:55:57

.

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktlarına hüquqi-siyasi qiymət vermək dünya ictimaiyyətinin mənəvi borcudur. 1918-ci il martın son günlərindən başlayaraq təxminən aprelin 4-nə qədər Azərbaycan xalqına qarşı törədilən qanlı hadisələr heç vaxt unudula bilməz. Ermənilər bu hadisələrə dair gerçəkləri etiraf etməyə borcludurlar.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Azərbaycanın paytaxtı daxil olmaqla, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilərin törətdikləri soyqırımı hadisələrini insanlıq əleyhinə cinayət kimi dəyərləndirən səfir deyib: “Erməni millətçiləri və diaspor təşkilatları uzun zaman kəsiyində saxta “erməni soyqırımı” mövzusu ilə dünya birliyini aldadıblar. Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra vəziyyət dəyişdi. Sovetlər birliyinin süqutu ərəfəsindən başlayaraq ermənilərin Dağlıq Qarabağa əsasız iddiaları onların əsl xislətini ortaya qoydu. Müasir dünyanın gözü qarşısında Xocalıda soyqırımı törətdilər. Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər yaxşı olar ki, Qubadakı kütləvi məzarlığı ziyarət etsinlər, məhz avropalı telejurnalistlərin Xocalı soyqırımına dair lentə aldıqları filmlərə baxsınlar, bu bəşəri cinayətin dəhşətlərini əks etdirən fotoları görsünlər ki, bəlkə vicdanları oyana”. Səfir qeyd edib ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında" Fərman Azərbaycan və Türkiyə üçün saxta “erməni soyqırımı” məsələsinin ifşa etməkdən ötrü fəaliyyət istiqamətidir. Hamılıqla, ziyalıları, gəncləri səfərbər edib bu istiqamətdə səylərimizi gücləndirməliyik.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 176

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...