QHT və MEDİA
A- A A+

Əzizağa Qəni-zadə: Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlər məngənəsindən xilas olmayacaq

2020-03-28 08:05:34

.

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərsə də, ordumuzun ön xətdəki bölmələri tərəfindən layiqincə cavabını alıb.

Bunu qoşunların təmas xəttindəki son vəziyyəti AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib.

Ə.Qəni-zadə qeyd edib ki, hadisələr Azərbaycan Ordusunun döyüş növbəsində ayıq-sayıq dayandığını, düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə almağa hazır olduğunu bir daha nümayiş etdirir. Heç kimə sirr deyil ki, Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat güclüdür və bunu beynəlxalq hərbi ekspertlərin tərtib etdiyi reytinq siyahıları da sübut edir. Son zamanlar Ermənistanda baş verən siyasi və hərbi hadisələri izləyərkən görürük ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmadı və o, yerli əhali arasında nüfuzunu getdikcə itirir.

Bu ölkədə iqtisadi problemlər getdikcə dərinləşməkdədir. Ermənistan ordusuna gəlincə, deməliyəm ki, hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır. Təbii ki, bu proseslər döyüş qabiliyyətinin aşağı olmasını göstərən amillərdir.

Onu da əlavə etmək lazımdır ki, bu ölkədə koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxma təhlükəsi artmaqdadır. Bütün bunlara görə yerli ekspertlər həyəcan təbili çalır, mövcud vəziyyəti dərin böhran kimi dəyərləndirir, eyni zamanda, N.Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söyləyirlər. Əgər hakimiyyət bu imtahandan çıxa bilməsə, erməni əhalisini ciddi sınaqlar gözləyir. Hadisələrin gedişi göstərir ki, populist rejim bu sınaqlardan çıxmağa hazır deyil.

“Ermənistanda vəziyyətin mürəkkəbliyini baş nazir də dərk edir. Ona görə təmas xəttində təxribat cəhdi Ermənistanın ağır günlərində yerli əhalinin diqqətini ölkədaxili problemlərdən yayındırmağa hesablanıb. Hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan torpaqlarının işğalı İrəvan üçün ağır yükə çevrilib və bu “ballastdan” azad olmayınca, işğal edilmiş əraziləri tərk etməyincə, bir sözlə, Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlər məngənəsindən xilas olmayacaq”, -deyə Ə.Qəni-zadə bildirib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 219

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...