QHT və MEDİA
A- A A+

“The Jerusalem Post” tolerantlığın Azərbaycanın böyük sərvəti olduğunu yazır

2015-11-20 09:05:49

İsrailin “The Jerusalem Post” qəzetində Los-Ancelesdə fəaliyyət göstərən “StandWithUs” təşkilatının şöbə müdiri Yael Lerman Mazarın Azərbaycanla bağlı məqaləsi dərc edilib

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif Los-Ancelesdə yerləşən Sinay Məbədinin ravvini David Volpenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində bu yaxınlarda Azərbaycana etdiyi səfərlə bağlı təəssüratlarını bölüşür. O yazır: “Biz Azərbaycana gedəndə bu ölkə və xalq haqqında demək olar ki, heç nə bilmirdik. Bir həftə sonra isə biz gözəl insanları olan bu ölkəni sevgi hissi ilə tərk etdik. Biz müsəlmanların və yəhudilərin bir yerdə necə mehriban şəraitdə yaşamalarının mümkün olduğunu gördük”.

Məqalədə Los-Ancelesdən Azərbaycana gedən nümayəndə heyətinin bu ölkədə dağ yəhudilərinin yaşadıqları ərizələrdə olmasından də bəhs edilir: “Biz burada yaşayan yəhudilərin qayğı ilə əhatə olunduğunu gördük. Azərbaycan demokratik ölkədir, həqiqətən də tolerantlıq nümunəsidir. Bunu artıq hər kəs qəbul edir. Bu ölkədə antisemitizm yoxdur. Quba rayonunda hələ qədim zamanlardan yəhudilərin yaşadığı mərkəzlər mövcuddur. Azərbaycan bu sahədə dünya ölkələrinə uğurlu bir modeldir. Burada təkcə yəhudilər deyil, digər xalqların nümayəndələri də min illərdir ki, əmin-amanlıq şəraitində yaşayır, işləyirlər. Bu, Azərbaycanın mədəni zənginliyidir, böyük sərvətidir, həm də ölkəni özünəməxsus edən xüsusiyyətlərdən biridir”.

Yəhudi icmasının hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss etdiyini və burada sülh içində yaşadığını qeyd edən müəllif insanların ölkədə mövcud olan plüralizmdən və etnik fərqlilikdən qürur duyduqlarını bildirir. O qeyd edir ki, Azərbaycanın zəngin mədəniyyəti var: “Biz küçələrdə qonaqpərvər, istiqanlı insanlarla rastlaşdıq. Qonaqpərvərlik Azərbaycan xalqının əsas xüsusiyyətlərindən biridir”.

Məqalədə Azərbaycan ilə İsrail arasındakı əlaqələrdən də bəhs edilir. Bu əlaqələrin getdikcə daha geniş sahələri əhatə etdiyi vurğulanır. Hər iki ölkənin qədim tarixə malik olduğu qeyd edilir.

Yael Lerman Mazar vurğulayır ki, Azərbaycan yəhudilərə qarşı belə xoş münasibət göstərən nadir ölkələrdən biridir. Bu möhtəşəm diyarın tarixini, mədəniyyətini öyrənmək hər kəsdə maraq oyadar.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1114

QHT və MEDİA

2019-12-09 11:00:11

QHT və MEDİA
“Çingiz dastanı” Horadizdə təqdim edili...
“Çingiz dastanı” Horadizdə təqdim edili...

Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyanı bölgəyə səfər edən Bakı Bələdiyyə ...

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...