SOSİAL
A- A A+

Böhtan kampaniyası fiaskoya uğradı

2020-03-26 20:35:38

.

Son vaxtlar bəzi saytlarda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə qarşı həqiqəti əks etdirməyən, böhtan xarakterli materiallar dərc olunmaqdadır. Bizim məqsədimiz bu yazıların konkret olaraq kimlər tərəfindən sifariş olunmasını araşdırmaq deyil.

Əsas məqsədimiz bu yazıların həqiqəti əks etdirməməsini oxuculara çatdırmaq və faklara söykənərək, sübut etmək ki, bu yazılanlar böhtandan başqa bir şey deyil və bunların arxasında dayananların əsas məqsədi sadəcə rayon ictimaiyyəti arasında düzgün istiqamətdə formalaşdırılmış ictimai fikri çaşdırmaq, Rayon İcra Hakimiyyətinin mövcud ictimai - siyasi nüfuzuna xələl gətirməkdir.

Bu həm də cənab Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi strategiyasına və sosial - iqtisadi islahatlarına uyğun olaraq rayonda məqsədyönlü surətdə aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə kölgə salmaq kimi məkrli məqsədə və hansısa şəxsi qərəzçilik mövqeyinə düşünülmüş surətdə xidmət göstərən bir qarayaxma kampaniyasıdır.

Bir daha belə bir məqamı xüsusi olaraq vurğulamaq istərdik ki, Prezident Administrasiyasında məsul vəzifədə, həmçinin Rayon İcra Hakimiyyətinin başçısı kimi yüksək dövlət qulluğunda çalışan insanın tərcümeyi-halının müvafiq orqanlar tərəfindən bütün incəliklərinə qədər araşdırılmadığını düşünmək ən azından sadəlövhlükdür. Ona görə də bu cür qarayaxma kampaniyasının arxasında duran rayondakı maraqlı qüvvələrin əslində kimlərə xidmət etdiyini təxmin etmək elə də çətin deyil. Çünki Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olub və bu, bundan sonra da belə olacaq.


Kateqoriya : SOSİAL Baxış sayı : 194

QHT və MEDİA

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...