SİYASƏT
A- A A+

Politoloq: Həyata keçirilən tədbirlərin bir məqsədi var - bu çətin vəziyyətdən az itkilərlə çıxmaq

2020-03-26 07:35:03

.

Bəşəriyyət hazırda təhlükəli düşmənlə - COVID-19-la (koronavirus) ciddi mübarizə aparır. Dünyanın ən aparıcı, ən inkişaf etmiş ölkələri belə bu virusun qarşısında aciz qalıblar. Planetin hər yerində pandemiyadan vəfat edənlərin sayı artmaqdadır. Pandemiya hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində çox faciəvi nəticələrə gətirib çıxarıb. Azərbaycan isə digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlamadı və koronavirusun yayılmasının qarşısının alınması istiqamətində preventiv tədbirlər həyata keçirdi, vaxtında düzgün qərarlar qəbul etdi. Düzgün, vaxtında qəbul edilmiş qərarların tətbiqi isə bizə kütləvi yoluxmanın qarşısını almağa imkan verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Politoloqun sözlərinə görə, Azərbaycan təhlükəli virusa qarşı mübarizədə əməli tədbirlər həyata keçirir və keçirməkdədir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vəziyyəti təhlil edərək lazımi addımları atır, ölkə əhalisinin sağlamlığının qorunması, baş verə biləcək fəsadların qarşısının alınması və aradan qaldırılması üçün təsirli tədbirlər görür.

Dövlətimiz tərəfindən koronavirusa qarşı ciddi mübarizənin aparıldığını bildirən İ.Vəlizadə deyib: “Mart ayının əvvəlindən ölkəmizdəki bütün təhsil müəssisələrində tədrisin dayandırılması qabaqlayıcı tədbirlərdən biri idi. Hazırda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət və satış məntəqələrinin işi dayandırılıb. Mart ayının 24-dən ölkəmizdə karantin rejiminə keçilməsi çox düzgün qərardır. Operativ Qərargah vətəndaşları mütəmadi olaraq məlumatlandırır, onları göstəriş və tələblərə əməl etməyə çağırır. Dövlətimiz bütün imkanlarını mövcud vəziyyətdən zərər görə biləcək istiqamətlərin dəstəklənməsinə, xaricdə olan soydaşlarımızın, aztəminatlı ailələrin və həssas qrupların problemlərinin həll edilməsinə, bütövlükdə isə ölkəmizdə yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsinə yönəldib”. COVID-19-un yayıldığı bütün ölkələrdə iqtisadiyyata ciddi ziyan vurduğunu diqqətə çatdıran İ.Vəlizadə təəssüflə qeyd edib ki, virusdan zərərsiz ötüşmək mümkün deyil. O bildirib: “Dövlətimiz bu bəladan az zərərlə çıxmaq üçün bütün lazımi tədbirləri görür. Azərbaycan Prezidenti vəziyyətə özü şəxsən nəzarət edir. Bundan başqa, Operativ Qərargah, Prezidentin tapşırığı ilə yaradılan xüsusi komissiya üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bütün icra orqanları gücləndirilmiş iş rejimində çalışırlar. Paralel olaraq, ictimaiyyətlə faydalı dialoq qurulub. Məlumatlandırma və maarifləndirmə işinə böyük diqqət yetirilir. Bu da dezinformasiyanın qarşısının alınmasında mühüm şərtlərdəndir. Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin yalnız bir məqsədi var - bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxmaq”.

Koronavirus infeksiyasının iqtisadiyyata vurduğu ziyandan danışan İlqar Vəlizadə vurğulayıb ki, sərhədlərin bağlanması və ticarət əlaqələrinin dayandırılması səbəbindən ölkələr özlərini təcrid vəziyyətinə salırlar, iqtisadi əlaqələr pozulur. İqtisadi fəallığın zəifləməsi təbii ki, məşğulluq məsələsinə mənfi təsir göstərir. Dövlətimiz sahibkarlara dəstək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayırıb. Bu vəsaitin ayrılmasında əsas məqsəd xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsidir.

“Prezident İlham Əliyev müvafiq icra orqanlarına əmək bazarı ilə bağlı tapşırıqlar verib. Bildirib ki, sahibkarlar işçiləri ixtisar etməməlidirlər. Diqqətə çatdırıb ki, xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri ediləcək. Prezidentin çıxış və müsahibələrində də aydın görürük ki, bu virusla mübarizədə Azərbaycan dövlətinin kifayət qədər gücü vardır və vətəndaşların köməyi, anlayışı ilə bu bəlanın da öhdəsindən həmrəy olmaqla gələ biləcəyik. Hər bir vətəndaş bilməlidir ki, əgər hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Birlik, həmrəylik bu ağır günlərdə mühüm şərtlərdəndir”, - deyə politoloq diqqətə çatdırıb.

O, dövlətimizin preventiv tədbirləri zamanında görməklə bu gün Avropanı ağuşuna almış bu fəlakətin bizdə də təkrarlanmasının qarşısını aldığını vurğulayıb. Söyləyib ki, dövlətimizin qəbul etdiyi konkret qərarlar və həyata keçirdiyi tədbirlər vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Koronavirusla bağlı hər gün vəziyyət dəyişir. İndiyədək Azərbaycan bütün ssenarilərə hazır olduğunu sübut edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da daxil olmaqla bir çox təşkilatlar Azərbaycanda görülən işləri çox yüksək qiymətləndirirlər.

“Biz birlikdə güclüyük” - deyən İ.Vəlizadə bildirib ki, hamımız bir nəfər kimi bu günədək görülən işlərin səmərəliliyini artırmaq üçün xüsusi rejimin qaydalarına əməl etməli, daha məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməli, dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındakı öhdəliklərə əməl etməliyik. Qeyd olunub ki, milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, dünyagörüşümüz bizdən yaxınlarımıza və doğmalarımıza qarşı çox diqqətli olmağı, uşaqlara qayğı, yaşlılara hörmət və ehtiramla yanaşmağı tələb edir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 213

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...