2020-03-25 09:35:18 | MÜSAHİBƏ
Şair Ramaldanov: Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin heç bir əlacı qalmayıb

.

Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, hətta bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir.

Bunu qoşunların təmas xəttindəki son vəziyyəti AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş.Ramaldanov bildirib ki, erməni xalqı və erməni əsgəri baş nazir Nikol Paşinyanın populist çıxışlarının əsirinə çevrilib. Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır. Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə xəttində yerləşən hərbi hissələrə müntəzəm səfərləri, yerində vəziyyətlə tanış olaraq müvafiq tapşırıqlar verməsi şəxsi heyətin mənəvi-psixoloji ruhunu və döyüş əzmini daha da artırır. Qarşı tərəfdə isə vəziyyət günü-gündən pisləşməkdə davam edir.

Polkovnik qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır. Nizamnamədən kənar münasibətlər nəticəsində əsgərlərin xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmalarının qarşısının alınması məqsədilə müvafiq yerli strukturlar tərəfindən əməliyyat tədbirləri keçirilir. Ümumiyyətlə, Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin heç bir əlacı qalmayıb. Belə ki, əsgər çatışmazlığı səbəbindən döyüş mövqelərinin gücləndirilməsi məqsədilə Dağlıq Qarabağda yaşayan mülki şəxslərdən istifadə edilir. Onlar isə əksər hallarda komandanlığın əmrlərinə tabe olmurlar. Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin postlara cavab atəş zərbələri endirilən zaman mövqeləri tutmaq əvəzinə, sığınacaqlara girərək oradan çıxmaqdan imtina edirlər.

“Düşmənin son təxribat cəhdi vasitəsilə atəşkəs rejimini pozmasının arxasında bir sıra səbəblər dayanır. Birinci səbəb yuxarıda qeyd etdiyim məsələlərdir. İkinci səbəb isə, koronavirus infeksiyasından Ermənistan ordusunda ölənləri ictimaiyyətdən gizlətmək niyyətidir. Buna nə qədər cəhd göstərsələr də xeyri olmayacaq.

Son diversiya aktına cəhd bir də onu göstərir ki, Ermənistan Müdafiə Nazirliyi orduda real vəziyyətdən bixəbərdir və mövcud şəraitə nəzarət edə bilmir. Son günlər düşmən ordusunun rəhbərliyinin guya hərbi hissələrdə olması, vəziyyəti yoxlaması, eyni zamanda, dünyanı bürüyən koronavirusla mübarizə tədbirləri həyata keçirməsi barədə erməni mətbuatında yer alan məlumatlar gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Ermənistan ordusunun yüksək vəzifəli şəxsləri belə ucuz yollarla xalqın diqqətini işğalçı orduda hökm sürən nöqsanlardan, problemlərdən yayındırmağa çalışar. Əgər bu belə olmasaydı onda onların heç olmasa baş verən hadisədən və ortalıqda qalan əsgərlərinin cəsədindən xəbərləri olardı və bunu etiraf etməyə cürətləri çatardı. Azərbaycan Ordusunun bölmələri bütün cəbhə boyu daim döyüş hazırlığı vəziyyətindədir, əməliyyat şəraitinə tam nəzarət edir. Hər hansı bir təxribata qarşı Azərbaycan Ordusu həmin anda dəqiq cavab verməyə hazırdır. Əgər münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqsa, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmri ilə düşmən üzərində tam qələbə çalmağa qadirdir”,-deyə Ş.Ramaldanov qeyd edib.

Baxış sayı : 324
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08