MÜSAHİBƏ
A- A A+

Ramiz Poluxov: “Səhiyyə mədəniyyətinin geniş yayılması, bu problemin ictimailəşməsi çox zəruridir”

2015-11-19 09:35:58

Fact-info.az saytının suallarını ATU Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru. Ramiz Poluxov cavablandırır.

- Öncə ondan başlayaq ki, Azərbaycan  uşaq cərrahiyyəsi ilə bağlı vəziyyəti necə dəyərləndirmək olar, bu istiqamətdə aparılan işlər haqqında nə demək olar?

-Açığı demək lazımdır ki, son illər uşaq cərrahiyyəsi sahəsində  müsbət irəliləyişlər var. Uşaqlarda anadangəlmə qüsurlar, sonradan yaranan digər xəstəlikləri   müasir tibbi avadanlıqların hesabına aradan qaldırmaq imkanımız var və bu proses çox uğurla həyata keçirilir.  Onu da qeyd edim ki,  Tədris Cərrahiyyə Klinikasınının uşaq cərrahiyyəsi şöbəsində çox unikal əməliyyatlar aparılıb. Belə cərrahi müdaxilələlər əvvəllər Azərbaycanda mümkün deyildi. Ümumilikdə  yenidoğulma dövründən 18 yaşa qədər uşaqlara stasionar və poliklinik xidmətlər göstərir. Yenidoğulmuşların cərrahiyyəsi  aparılaraq öd yollarının atreziyası, qida borusunun atreziyası,  nazik və yoğun bağırsağın atreziyası, ağciyərlərin adenomatoz malfarmasionu, diafraqmal  yırtıq və  başqa əməliyyatlar uğurla həyata keçirilir.

 - Bütün bu işləri həyata keçirərkən  xarici ölkələrin tibb ocaqlarının təcrübəsindən necə yararlana bilirsiniz?

- Belə əlaqələr hər zaman olub. İndi bu informasiya mübadiləsi daha da genişlənib. Müasir  informasiya texnologiyalarından yararlanmaqla bu işlər  təkmilləşib. Həm elmi, həm təcrübə mübadiləsi aparılaraq bu işlər davam etdirilir. Mütəmadi olaraq beynəlxalq elmi  konreslərdə bizim nümayəndələrimiz iştirak edərək, həm öz nailiyyətlərimizi xarici ekspertlərə təqdim edirlər, həm də  dünyada tibb sahəsində  yeniliklər, yeni kəşflər haqqında məlumatlar əldə edirik. Bundan əlavə  tələbələrimiz  xaricdə tanınmış tibb ocaqlarında təhsillərini davam etdirirlər. Xarici universitetlərdə, klinikalarda toplanmış təcrübəni bizim mütəxəssislərimiz   ölkəmizdə tətbiq edirlər. Türkiyənin. Rusiyanın,  Avropa ölkələrinin uşaq cərrahiyyə  klinikaları ilə geniş əlaqələrimiz  var. Dünyada tibb sahəsi üzrə çox tanınmış alimlər mütəmadi olaraq  bizim universitetdə, klinikada olaraq  fikir mübadiləsi aparırlar.

-Bir neçə il öncə ilə  müqayisədə  indi uşaq cərrahiyyəsində, uşaqların müalicəsində  effektli nəticələr varmı?

- ATU Tədris Cərrahiyyə Klinikasının iki il öncə fəaliyyətə başlaması və burada çox müasir tibb avadanlıqlarının tətbiq olunması  uşaq cərrahiyyəsində  çox sürətli dəyişikliyə səbəb oldu.  Bu gün  elə  xəstəliklər var ki, onun müalicəsi üçün  xaricə üz tutmağa ehtiyac yoxdu.  Burada çox yüksək səviyyədə cərrahi əməliyyatlat yolu ilə  bu xəstəlikləri müalicə etmək mümkün olur. Bizim üçün  yaradılan şəraitə və  tikilib, istifadəyə verilən belə müasir tipli  klinikaya  görə,  Azərbaycan  Prezidenti  İlham Əliyev cənablarına,   Səhiyyə Nazirliyinin  rəhbərliyinə,  Tibb Universitetinin  rektoru, akademik Əhliman Əmiraslanova təşəkkürümü bildirirəm.

-Sağlam bir nəsil yetişdirmək üçün indi valideynlər  nə etməlidi, onlara tövsiyəniz nədən ibarət olar?

- Təbii  ki, uşaqların, gənc nəslin sağlam böyüməsi  çox önəmlidir. Uşaq  cərrahiyyəsi elə bir sahədir ki, bu sahəyə hər zaman diqqət artmalıdır. Bu sahədə istifadə olunan avadanlıqlar mütəmadi olaraq yenilənir. Ən müasir tibb avadanlıqları alınır. Burada əsas məqsəd azyaşlıların müalicəsində,  cərrahi müdaxilənin gerçəkləşməsində peşəkarlığın  və keyfiyyətin təmin olunmasıdır.   Həkimlər üçün normal şəraitin yaradılması  insanların və xüsusilə, gənc nəslin sağlamlığının keşiyində durmağa stimul verir.  Ona görə də  əgər uşaqlarda hər hansı xəstəlik müşahidə olunarsa ilk növbədə həkimə vaxtında müraciət etmək lazımdır.

  -Səhiyyə mədəniyyətinin  artırılması ilə bağlı  nəyi etmək lazımdır?

-Bu çox ağrılı məsələdir. Mənə elə gəlir ki, ilk  növbədə azyaşlılardan başlamaq lazımdır.  Orta məktəblərdə bu  daha geniş səviyyədə azyaşlılara izah olunmalıdır,  maarifçilik işi  genişllənməlidir. Onlarda səhiyyə mədəniyyəti, bu sahə ilə bağlı  məlumatlar  əsasında təfəkkür formalaşmalıdır.  Səhiyyə mədəniyyətinin geniş yayılması,  problemin ictimailəşməsi çox zəruridir.

-Bu gün  bir çox imkansız  ailələr, məcburi köçkünlər ödənişli tibb ocaqlarına hər hansı müalicə və yaxud cərrahi müdaxilə üçün maliyyə probleminə görə,  müraciət edə bilmirlər. Sizdə o kateqoriyadan olan insanlar üçün güzəşətlər  tətbiq olunurmu?

 -Təbii ki,  müharibə iştirakçılarının  uşaqlarına , şəhid ailələrinə,  digər həmin kateqoriyadan olan insanlar üçün bizdə ən azı  30 faiz güzəştlərlə müalicə aparılır. Ümumiyyətlə,  bizim şöbəyə daxil olan, ağır xəstəliyi olan uşaqlardan  əvvəlcə heç bir ödəniş tələb olunmur. Hər hansı  təcili müalicədən, cərrahi müdaxilədən sonra onlardan müəyyən edilən tariflərə  uyğun  kassa ödənişləri həyata keçirilir.

-Necə düşünürsünüz səhiyyə sahəsində islahatların davam etməsini hansı istiqamətdə  aparmaq lazımdır ki,   ciddi nəticələr olsun.  İnsanlar səhiyyədən razı qalsın?

-Bu proses hər zaman davam edir. Yeni klinikaların istifadəyə verilməsi. Çox müasir  tipli  avadanlıqların alınması, tibb təhsilində  yeniliklər və digər  işlər islahatların davamıdır.  Ancaq mənə belə gəlir ki,   tibbi sığortanın tətbiqi  bir çox problemlərin aradan qaldırılmasına kömək edəcək.

 

Fact-info.az

 

 

 

 

 

 

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 2364

QHT və MEDİA

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

2018-02-21 17:00:17

QHT və MEDİA
“Cəzasız cinayət” - Xocalı soyqırımından...
“Cəzasız cinayət” - Xocalı soyqırımından...

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəlli...

CƏMİYYƏT

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...