İQTİSADİ
A- A A+

Könül Nurullayeva: Azərbaycan Prezidentinin çağırışı hər birimizi daha məsuliyyətlə işləməyə sövq edir

2020-03-23 12:10:28

.

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərlərin inkişafı istiqamətində reallaşdırılan uğurlu islahatların növbəti mərhələsi kimi yadda qaldı. Parlament seçkiləri demokratik, şəffaf şəkildə keçirildi və Azərbaycan xalqı bir daha siyasi iradəsini nümayiş etdirdi. Xalqımız sərbəst şəkildə öz seçimini edərək layiq bildiyi namizədlərə səs verdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputatın sözlərinə görə, yüksək səviyyədə təşkil olunan parlament seçkiləri uğurla başa çatdı və vətəndaşlar tərəfindən razılıqla qarşılandı. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq səsvermənin gedişində qanunvericiliyin bütün norma və tələblərinə riayət edildi, məntəqələrdə yüksək seçici fəallığı müşahidə olundu. Seçki prosesində 1300-dən artıq namizədin iştirakı seçkilərin demokratikliyinin sübutudur. Seçənlər və seçilənlərin fəallığı çox yüksək idi.

Yerli və beynəlxalq müşahidəçilər üçün də hər cür şəraitin yaradıldığını diqqətə çatdıran K.Nurullayeva deyib: “Namizədlərə seçki kampaniyasını aparmaq üçün hər cür şərait yaradılmışdı. Biz təbliğat və təşviqat işlərini aparmaqda tam sərbəst idik. Bu da namizəd üçün çox mühüm şərtlərdəndir. Seçki günündə də vətəndaşlar azad şəkildə məntəqələrə gedərək inandıqları, etibar etdikləri namizədlərə səs verdilər. Bütün bunlar Azərbaycanda demokratik, şəffaf seçkilərin keçirildiyini deməyə əsas verir”.

Deputat diqqətə çatdırıb ki, qanun pozuntularına yol verilən məntəqələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin nəticələrinin ləğv olunması bir daha Azərbaycanda haqq-ədalətin təntənəsindən xəbər verir. Qeyd edilib ki, Milli Məclisin çoxpartiyalılıq prinsipi əsasında yenidən qurulması yeniləşən Azərbaycanın gələcəkdə daha möhtəşəm uğurlara imza atacağına inamı artırır. Parlamentin rəhbərliyindən müxalifət partiyasından olan nümayəndənin yer alması yeni siyasi sistemin formalaşmasının təzahürüdür.

Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı üçün mühüm mesajdır. Dövlətimizin başçısının da vurğuladığı kimi, xalqın səs verdiyi, etimad göstərdiyi deputatlar seçicilərinin yanında olmalı, onların problemlərini həll etməlidirlər. Dövlətimizin başçısının bu çağırışı hər bir parlament üzvünü daha da məsuliyyətli olmağa, əzmlə işləməyə sövq edir.

Ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsindən söz açan K.Nurullayeva diqqətə çatdırıb ki, müstəqil və demokratik yol ilə inamla irəliləyən Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilə güclənir. “Ölkəmizin dünyada nüfuzunun artması təbii ki, Prezident İlham Əliyevin xidmətinin nəticəsidir. Davos İqtisadi Forumu da göstərdi ki, Azərbaycanda gedən proseslərə böyük maraq var. Azərbaycan sabit ölkədir. Bu gün qeyri-sabit bölgədə, qeyri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir.

Münxen Təhlükəsizlik Konfransında Azərbaycan xalqının və dünyanın gözü qarşısında ölkəmiz öz üstünlüyünü bir daha ifadə etdi. Prezident İlham Əliyevin tarixi faktlara əsaslanan inamlı çıxışı nəticəsində Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vuruldu. Beynəlxalq sahədə çalışan bir insan kimi deyə bilərəm ki, hər birimiz Azərbaycanımızın daha da güclənməsi, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması işində dövlətimizin başçısının yanında olmalı, üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik”, - deyə deputat vurğulayıb.

Dünyada tüğyan edən koronavirus infeksiyası barədə fikirlərini bölüşən gənc deputat bu ümumi bəladan qurtulmaq üçün vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və göstərişlərinə qeyd-şərtsiz əməl etməyə səsləyib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 311

QHT və MEDİA

2020-08-14 06:50:18

QHT və MEDİA
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-08-13 08:05:34

QHT və MEDİA
Şuranın dəstəyilə mədəni sərvətlərimizin...
Şuranın dəstəyilə mədəni sərvətlərimizin...

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respulikasının P...

CƏMİYYƏT

2020-08-14 13:20:14

CƏMİYYƏT
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

İQTİSADİ

2020-08-12 08:35:12

İQTİSADİ
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku ...

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...