SİYASƏT
A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi koronavirusla əlaqədar vətəndaşlara müraciət edib

2020-03-22 09:30:20

.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi koronavirus infeksiyası ilə əlaqədar vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir: Əziz həmvətənlərimiz, bildiyiniz kimi, dünyada COVID-19 virusu yayılmağa başladığı andan Azərbaycan Prezidentinin rəhbərliyi ilə hökumətimiz sistemli şəkildə qabaqlayıcı və qoruyucu tədbirlər həyata keçirir, bununla yanaşı, insanlar mütəmadi məlumatlandırılır.

Öz növbəmizdə, biz də vətəndaş məsuliyyətimizi anlamalı və həm özümüzə, həm də ətrafımıza qarşı diqqət göstərərək evlərimizdə qalmalı və yalnız zərurət yarandığında digər insanlarla kontakta getməliyik.

Vətəndaşların dərs və işinin müvəqqəti dayandırılmasının insanlararası təmasın minimuma endirilməsinə şərait yaratmasına baxmayaraq, yenə də bəzi vətəndaşlarımız bayram süfrələri təşkil edir, kütləvi olaraq bir yerə toplaşır, biri-birinə qonaq gedirlər. Qohum, tanış fərqi olmadan hər bir təmasın potensial yoluxma vasitəsi olduğunu unutmayaq və bu dövr ərzində qərar və qaydalara ciddi riayət edək. COVID-19 virusuna qarşı ən həssas yaşlı və xroniki xəstələrlə münasibətdə daha diqqətli olaraq onların bizlər daxil olmaqla digər insanlarla təmasını azaltmaq zəruridir.

Təşvişə ehtiyac yoxdur, lakin dövlətimizə, eləcə də bizim üçün 7/24 çalışan insanlara dəstək olaraq tədbirli davranmaq və özünütəcrid qaydalarına uyğun olaraq evdə qalmaq vacib və mütləqdir.

Xarici ölkələrdəki vətəndaşlararımızın da hazırda olduqları ölkələrin müəyyən etdiyi karantin qaydalarına riayət etməsi vacibdir.

Xaricdən qayıdan bütün Azərbaycan vətəndaşları 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiyanın elan olunduğu bir vaxtda məlum olduğu kimi, dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.

İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlarımıza səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 320

QHT və MEDİA

2020-08-14 06:50:18

QHT və MEDİA
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-08-13 08:05:34

QHT və MEDİA
Şuranın dəstəyilə mədəni sərvətlərimizin...
Şuranın dəstəyilə mədəni sərvətlərimizin...

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respulikasının P...

CƏMİYYƏT

2020-08-14 13:20:14

CƏMİYYƏT
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

İQTİSADİ

2020-08-12 08:35:12

İQTİSADİ
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku ...

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...