CƏMİYYƏT
A- A A+

TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş film çəkib

2020-03-21 10:05:33

.

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənədli filminin 20-ci bölümü Azərbaycanın tanınmış milyonçusu, dünya şöhrətli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunub.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun ssenari müəllifliyi ilə ekranlaşdırılan filimdə Hacı Zeynalabdin Tağıyevin zəngin mənalı ömründən bəhs olunur. Milyonçunun bütün həyatını əks etdirən kadrlara aid mətinlərdə onun sağlam düşüncəsi, uzaqgörən qərarları, milli mətbuatımızın inkişafına, təhsil və maarifçilik işlərinə göstərdiyi dəstək, Bakının abadlaşması naminə həyata keçirdiyi tədbirlər barədə tamaşaçılara müfəssəl məlumat verilib.

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, yazıçı Mina Tansel və başqaları tarixi faktlar və rəsmi sənədlər əsasında böyük xeyriyyəçinin tarixi fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının milli oyanışında, Cümhuriyyətimizin qurulmasında böyük əməyi olan Hacı Zeynalabdin Tağıyevin həmişəyaşar adı müasir Azərbaycan dövlətində ən sevimli tarixi şəxsiyyət kimi uca tutulur.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 336

QHT və MEDİA

2020-08-02 07:45:09

QHT və MEDİA
"Ermənistanın Soros Fondundan maliyyələş...
"Ermənistanın Soros Fondundan maliyyələş...

"Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan da daxil olmaqla indiki siyas...

2020-08-01 05:20:48

QHT və MEDİA
“Arabnews” qəzetində ABŞ-ın tanınmış pol...
“Arabnews” qəzetində ABŞ-ın tanınmış pol...

Səudiyyə Ərəbistanının nüfuzlu “Arabnews” qəzetinin “Associated Press” inform...

CƏMİYYƏT

2020-07-28 11:10:10

CƏMİYYƏT
Rumıniyanın “News24hours” xəbər portalı ...
Rumıniyanın “News24hours” xəbər portalı ...

Rumıniyanın nüfuzlu “News24hours.ro” xəbər portalı Azərbaycanın Rumıniyadakı ...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-07-30 07:55:58

İQTİSADİ
SOCAR QHT nümayəndələri ilə onlayn görüş...
SOCAR QHT nümayəndələri ilə onlayn görüş...

SOCAR-da qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə insan resurslarının ...

2020-07-19 10:35:32

İQTİSADİ
"Ermənistan təcavüzkar siyasətinə görə m...
"Ermənistan təcavüzkar siyasətinə görə m...

Dünyada nüfuzlu Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsi (PDMN) Ermənistanın ma...